Gürcüstan Baş naziri: ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan bərpa etmək istəyirik
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
“İstəyimiz ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan və konkret yol xəritəsi ilə bərpa etməkdir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“ABŞ ilə strateji tərəfdaşlığın bərpası bizim üçün çox vacibdir. Bu mövzuda bir sıra açıqlamalar vermişik, o cümlədən şəxsən mən. İstəyimiz ABŞ ilə strateji tərəfdaşlığı yeni səhifədən və konkret yol xəritəsi ilə bərpa etməkdir. Son zamanlar inkişaf edən proseslər strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbinliyimizi qoruyur. Dövlət katibi Rubio ilə telefon danışığım oldu, ikitərəfli əməkdaşlıqla bağlı çox səmimi və maraqlı söhbət etdik. Bundan sonra Dövlət Departamentindən Gürcüstana texniki səfər baş tutdu. Bu proseslər ABŞ ilə strateji tərəfdaşlığın bərpası ilə bağlı nikbinliyimizi qoruyur”, - Kobaxidze qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 26 İyun 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















