Gürcüstan beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstan hökuməti Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistana gedən avtomobil yollarının tikintisini 2026-cı ildə başa çatdırmaq niyyətindədir.
Avtosfer.az xəbər verir ki, Gürcüstan hökumətinin planına əsasən, cari ildə Rustavi-Qırmızı Körpü, Ermənistan sərhədinə gedən Alqeti-Sadaxlo və Türkiyə sərhədinə gedən Batumi-Sarpi avtomobil yollarının tikintisi tam başa çatdırılmalıdır. Bunun üçün 2026-cı ilin dövlət büdcəsində vəsait də nəzərdə tutulub.
Sənəddə deyilir ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirən Orta Dəhlizin hissələrinin tikintisi başa çatacaq.
Qeyd edək ki, “Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın aparıcı dəniz və dəmir yolları nəqliyyatı şirkətlərinin iştirakı ilə yaradılıb.
Dəhliz hazırda Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək Avropayadək uzanır.
Oxunub 32
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















