Yaponiya gələn il özünün GPS analoqunun yaradılmasını başa çatdırmaq niyyətindədir
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gələn ilin fevralın 1-də Yaponiyanın son “Michibiki” peyki QZSS regional yerləşdirmə sisteminin bir hissəsi kimi orbitə buraxılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
“Michibiki” seriyasının növbəti buraxılışı isə 7 dekabr 2025-ci ilə planlaşdırılıb. Fevralın 1-dən sonra orbitdə yeddi “Michibiki” peykinin olması Yaponiyaya QZSS sistemini xarici peyk xidmətlərinə ehtiyac qalmadan etibarlı şəkildə idarə etməyə imkan verəcək.
“Yapon GPS-i” kimi tanınan QZSS smartfonlar və digər cihazların yerinin müəyyən edilməsinin dəqiqliyini artırmaqla yanaşı, radio əhatə dairəsi məhdud olan bölgələrdə zəlzələ və digər təbii fəlakətlərlə bağlı fövqəladə xəbərdarlıqların ötürülməsini təmin edir. Mülki istifadəçilər üçün QZSS-in yerüstü obyektlərin koordinatlarının müəyyən edilməsində dəqiqliyi Amerika GPS-ində bir neçə metr olduğu halda, cəmi bir neçə santimetr təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 02 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















