Gürcüstan həbsxanalarındakı azərbaycanlı məhbuslar Statistika
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı il avqustun 1-nə olan məlumata görə, Gürcüstan həbsxanalarında 12 440 məhbus saxlanılıb. Onların 627-si qadındır.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti (“Sakstat”) məlumat yayıb.
Qurumun son məlumatlarına əsasən, avqustun 1-nə Gürcüstan həbsxanalarında ölkə əhalisinin 0,32 faizi saxlanılıb. Məhbusların təxminən üçdə biri əvvəllər də həbs cəzası çəkib, qalanları isə ilk dəfə azadlıqdan məhrum edilib.
Məhbusların əsas hissəsini 18-69 yaş arası şəxslər təşkil edir. Həmçinin həbsxanalarda 168 yetkinlik yaşına çatmayan və 70 yaşdan yuxarı 95 nəfər saxlanılıb.
Ümumi məhbusların 78,7 faizi barəsində artıq hökm çıxarılıb, qalanları isə məhkəmənin qərarını gözləyir.
Avqustun 1-nə Gürcüstanın 14 həbsxanasında cəmi 108 boş yer qalıb. Artıq üç həbsxanada məhbusların sayı müəyyən edilmiş limiti keçərək doluluq yaranıb.
Qeyd olunur ki, həbsxanalardakı yerlərin sayı bu ilin iyulunda məhbuslar üçün müəyyən edilmiş limitin artırılması hesabına yüksəlib.
Məhbusların 14,4 faizini 68 ölkənin vətəndaşları təşkil edir. Ümumilikdə Gürcüstan həbsxanalarında 1 796 əcnəbi saxlanılır.
Əcnəbi məhbusların əksəriyyəti Türkiyə, Rusiya, Azərbaycan, Ukrayna və İran vətəndaşlarıdır.
Avqustun 1-nə olan məlumata görə, Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilər arasında bir yetkinlik yaşına çatmayan və 213 qadın var.
Əcnəbi məhbuslardan 576-sı məhkəmənin hökmünü gözləyir, qalanları isə artıq cəza çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Sentyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















