Icma.az
close
up
RU
Azərbaycanlı turistlər nəyə pul xərcləyir? STATİSTİKA

Azərbaycanlı turistlər nəyə pul xərcləyir? STATİSTİKA

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2021–2025-ci illərin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərləri etmiş şəxslərin sayında davamlı artım qeydə alınıb. Xüsusilə pandemiyadan sonrakı dövrdə bu artım daha aydın şəkildə müşahidə olunub.

Belə ki, 2021-ci ilin müvafiq dövründə ölkədaxili turizm səfərləri edən şəxslərin sayı 2,55 milyon nəfər təşkil edib. 2022-ci ildə bu göstərici 32,7% və ya 0,83 milyon nəfər artaraq 3,38 milyon nəfərə yüksəlib. 2023-cü ildə artım tempi nisbətən zəifləsə də, ölkədaxili turizm səfərləri edənlərin sayı 18,8% və ya 0,64 milyon nəfər artaraq 4,02 milyon nəfər səviyyəsində formalaşıb. 2024-cü ilin yanvar–sentyabr aylarında daxili turizmə maraq artmaqda davam edib və səfər edənlərin sayı 11,5% və ya 0,46 milyon nəfər artaraq 4,48 milyon nəfərə çatıb. 2025-ci ilin eyni dövründə isə artım daha məhdud olub – 3,7% və ya 0,17 milyon nəfər. Nəticədə ölkədaxili turizm səfərləri edən şəxslərin sayı 4,65 milyon nəfərə yüksəlib.

Ümumilikdə, cari ilin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərləri etmiş şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon nəfər və ya 82%-dən çox artıb. Bu dinamika daxili turizmin tədricən stabilləşmə mərhələsinə daxil olduğunu göstərir.

2021–2025-ci illərin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərlərinin cins strukturu üzrə kişi və qadınlar arasında nisbətən balanslı, lakin mərhələli şəkildə dəyişən dinamika müşahidə olunur.

Belə ki, 2021-ci ilin müvafiq dövründə ölkədaxili turizm səfərləri edənlərin 57,8%-i kişilərdən, 42,2%-i isə qadınlardan ibarət olub. 2022-ci ildə kişilərin payı 54,9%-ə enib, qadınların payı isə 45,1%-ə yüksəlib. 2023-cü ildə kişilərin payı yenidən artaraq 55,8% təşkil etsə də, 2024-cü ilin yanvar–sentyabr aylarında bu göstərici 54,6%-ə düşüb, qadınların payı isə 45,4%-ə çatıb. 2025-ci ilin müvafiq dövründə isə ölkədaxili turizm səfərlərində qadınların payı son beş ilin ən yüksək səviyyəsinə qalxaraq 46,4% olub, kişilərin payı isə 53,6%-ə enib.

Ümumilikdə göstəricilər son illərdə ölkədaxili turizm səfərlərində qadınların iştirakının nəzərəçarpacaq dərəcədə artdığını göstərir. Xüsusilə 2025-ci ilin yanvar–sentyabr aylarında bu fərq əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə daha aydın şəkildə müşahidə olunur.

2021–2025-ci illərin yanvar–sentyabr ayları üzrə ölkədaxili turizm göstəricilərində ardıcıl artım müşahidə olunub. Belə ki, 2021-ci ilin müvafiq dövründə ölkədaxili turizm səfərlərinin sayı 10,3 milyon təşkil edib. 2022-ci ilin yanvar–sentyabr aylarında bu göstərici 33,3% və ya 3,5 milyon vahid artaraq 13,8 milyon səviyyəsinə yüksəlib. 2023-cü ilin eyni dövründə ölkədaxili turizm səfərlərinin sayı 21% və ya 2,9 milyon vahid artaraq 16,7 milyon olub. 2024-cü ilin yanvar–sentyabr aylarında daxili turizmdə canlanma davam edib və səfərlərin sayı 11,3% və ya 1,8 milyon vahid artaraq 18,5 milyon səviyyəsinə çatıb. 2025-ci ilin yanvar–sentyabr aylarında isə artım tempi nisbətən zəifləyib. Buna baxmayaraq, ölkədaxili turizm səfərlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7% və ya 0,9 milyon vahid artaraq 19,4 milyon təşkil edib.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərlərinin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon vahid və ya 88% artıb ki, bu da son illərdə daxili turizmə marağın davamlı şəkildə yüksəldiyini göstərir.

2025-ci ilin yanvar–sentyabr ayları üzrə ölkədaxili turizm səfərlərinin məqsədlər üzrə bölgüsü göstərir ki, əsas pay istirahət məqsədli səfərlərə aid olub. Belə ki, bu kateqoriya ümumi səfərlərin 44,1%-ni təşkil edib.

Qohumlara və dostlara baş çəkmə məqsədli səfərlər 33,9% ilə ikinci yerdə qərarlaşıb. Müalicə və sağlamlıq məqsədli səfərlərin payı təxminən 6,8%, işgüzar səfərlərin payı 9,2%, dini ziyarət məqsədli səfərlərin payı isə 1% səviyyəsində olub. Digər məqsədli səfərlər ümumi səfərlərin 5,1%-ni təşkil edib.

Ümumilikdə, 2025-ci ildə ölkədaxili turizm səfərlərinin böyük hissəsi istirahət və sosial xarakterli məqsədlər hesabına formalaşıb, digər səfər məqsədləri isə ümumi strukturda nisbətən məhdud payla təmsil olunub.

2025-ci ilin yanvar–sentyabr ayları üzrə ölkədaxili turizm səfərlərinin məqsədlər üzrə xərclər strukturuna nəzər yetirdikdə, ən yüksək xərcin “malların və hədiyyələrin alınması” istiqamətində qeydə alındığı görülür. Belə ki, bu məqsəd üzrə xərclər 1,18 mlrd manat təşkil edib ki, bu da müvafiq dövr ərzində çəkilən ümumi xərclərin 25,86%-nə bərabərdir. Müvafiq dövr üzrə ikinci ən böyük xərc istiqaməti “qidalanma” olub. Bu sahədə xərclər 1,11 mlrd manat təşkil etməklə ümumi xərclərin 24,29%-ni formalaşdırıb. “Yerləşmə” məqsədli xərclər 0,85 mlrd manat olmaqla ümumi xərclərin 18,57%-ni təşkil edib. “Nəqliyyat xidmətləri” üzrə xərclər 0,68 mlrd manat səviyyəsində qeydə alınıb ki, bu da ümumi xərclərin 15,01%-nə bərabərdir. “Digər məqsədli” xərclər isə 0,74 mlrd manat olmaqla ümumi xərclərin 16,27%-ni təşkil edib.

Ümumilikdə, xərclər strukturunda əsas pay istehlak və gündəlik tələbat xarakterli istiqamətlərin payına düşüb ki, bu da ölkədaxili turizmin iqtisadi təsirinin geniş spektrini əks etdirir.

Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədaxili turizm məqsədilə Bakı şəhərinə səfərlərin sayı 8,75 milyon təşkil edib. Bu göstərici müvafiq dövrdə qeydə alınan ümumi ölkədaxili turizm səfərlərinin 45,1%-nə bərabərdir. Digər ərazilərə səfərlərin sayı isə 10,66 milyon olmaqla ümumi səfərlərin 54,9%-ni təşkil edib.

“Digər ərazilər” üzrə səfər edilmiş ilk 10 bölgənin göstəricilərinə nəzər yetirdikdə, 2025-ci ilin yanvar–sentyabr aylarında ən çox səfər edilən yerin (715 134) Qəbələ rayonu olduğu müşahidə edilir. Bu siyahıda ikinci yerdə 707 061 səfərlə Quba rayonu, üçüncü yerdə isə 672 519 səfərlə Qusar rayonu qərarlaşıb. Sözügedən bölgələrə səfərlərin çox olmasının əsas səbəbləri təbiətinin zəngin və müxtəlif olması, turizm infrastrukturunun inkişaf etdirilməsi, əlçatanlıq və ilin bütün fəsillərinə uyğun istirahət və məşğuliyyət imkanlarının mövcudluğu ilə əlaqələndirilir.

2025-ci ilin yanvar–sentyabr aylarında ən çox səfər edilən digər bölgələr sırasında ardıcıllıqla Xaçmaz rayonu (666 614), Abşeron rayonu (607 760), Sumqayıt şəhəri (540 855), Gəncə şəhəri (404 555), Lənkəran rayonu (365 269) və İsmayıllı rayonu (335 883) yer alır. Müvafiq dövr üzrə səfərlərin sayına görə ilk onluqda 10-cu pillədə isə 331 342 səfərlə Şuşa şəhəri qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see344

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see299

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see285

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see277

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see241

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see236

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see234

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see229

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see216

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see215

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see214

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see205

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see203

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see202

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see200

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see199

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see199

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see193

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri