Gürcüstan hökumətinin tutduğu istiqamətdən ciddi narahatıq Aİ
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Avropa İttifaqı (Aİ) Gürcüstan hökumətinin tutduğu istiqamətdən ciddi narahatdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ dövlət və hökumət başçıları sammitinin yekun bəyanatında deyilir.
Sənəddə Tbilisinin Aİ-yə üzvlük prosesinin 2028-ci ilədək dayandırması qərarı ilə bağlı təəssüf ifadə olunub.
Avropa Şurası hesab edir ki, Gürcüstan hökumətinin addımları Aİ-nin əsaslandığı dəyər və prinsiplər ilə ziddiyyət təşkil edir.
Qurum eyni zamanda gürcü xalqının Avropa səylərini, həmçinin Gürcüstan hakimiyyətinin hazırkı fəaliyyət kursunu dəyişəcəyi təqdirdə ölkənin Aİ-yə daxil olmaq yolunu dəstəkləməyə hazırlığını təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:Gürcüstan hökumətinin nümayəndələri Aİ nin forumunda iştirak etməyəcəklər
14 Oktyabr 2026 20:22
Aİ Gürcüstan: inteqrasiyadan sanksiyaya
23 Aprel 2026 23:45
Gürcüstan hökumətinin başçısı Türkiyəyə gedəcək
10 Aprel 2025 17:40
Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıb
25 Noyabr 2024 10:53
Baxış sayı:190
Bu xəbər 20 Dekabr 2024 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















