Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıb
Icma.az xəbər verir, Azpost-ə əsaslanaraq Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə hökumətin yeni tərkibini açıqlayıb.
Hökumətin tərkibində üç dəyişiklik var.
Bildirilib ki, dəyişiklik Xarici İşlər Nazirliyini, Ədliyyə Nazirliyini, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyini əhatə edib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hökumətin yeni tərkibində yer almayıb.
