Icma.az
close
up
RU
Gürcüstan parlament nümayəndə heyəti AŞPA dakı fəaliyyətini dayandırıb

Gürcüstan parlament nümayəndə heyəti AŞPA dakı fəaliyyətini dayandırıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 29 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin qeyd-şərtlərlə tanınması bizim üçün qəbuledilməzdir, çünki onlar ədalətsiz və əsassızdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentin vitse-spikeri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani Strasburqda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu qərar “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının seçicilərinə və cəmiyyətin böyük əksəriyyətinə xəyanət etmək deməkdir.

Tsulukiani deyib ki, gürcü xalqının seçdiyi hakimiyyətə qarşı tam ədalətsiz və əsassız şantaj davam edir. Sübut və faktlara əhəmiyyət verilmir, müzakirələr qərəzli xarakter daşıyır və ölkəmizin əhalisinə qarşı təhqiramiz münasibətilə seçilir. Gürcüstan parlament nümayəndə heyətinin Assambleyada iştirakının heç bir mənası və əsası yoxdur.

“Bir çox insanlar, ilk növbədə bizim antidövlətçi müxalifət və qeyri-hökumət təşkilatlarının bir hissəsi Gürcüstanın yeni parlamentinin nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına qarşı mübarizə aparıblar. Bu plan əvvəlcə komitənin dinləmələrində, sonra isə plenar iclasda iflasa uğradı və burada 306 üzvdən ibarət Assambleyanın yalnız 43 üzvü Gürcüstan nümayəndə heyətinə etimadnaməsinin verilməməsi üçün səs verdi”, – deyə T.Tsulukiani vurğulayıb.

O deyib: “Biz Gürcüstan parlamentinin Strasburq və Tbilisidəki nümayəndə heyətinin üzvləri müzakirə etdik və “Gürcü Arzusu” komandasının birgə qərarı ilə mandatımızın təsdiq olunmasına baxmayaraq, işimizi bu gündən Parlament Assambleyasında dayandırdıq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri