Icma.az
close
up
RU
Gürcüstan nümayəndə heyəti AŞPA nı niyə tərk etdi?

Gürcüstan nümayəndə heyəti AŞPA nı niyə tərk etdi?

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Strasburq, 30 yanvar, AZƏRTAC

Məlum olduğu kimi, Gürcüstanın AŞPA-dakı nümayəndə heyəti avropalı parlamentarilərin ədalətsiz qətnaməsinə və niyyətli mənfi mövqeyinə görə Parlament Assambleyasından çıxdıqlarını bəyan edib.

AZƏRTAC xəbər verir ki, AŞPA-nın sədri Teodoros Rusopulos Gürcüstan nümayəndə heyəti Assambleyadan çıxmasında təəssüfünü bildirərək deyib: “Mən Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının etimadnaməsini ratifikasiya etmək üçün bu axşam keçirilən səsvermədən sonra AŞPA-dan çıxmaq barədə qərarından təəssüflənirəm”. O, bu addımın Gürcüstanda demokratik normaların irəliləməsinə kömək edə biləcək dialoqa xələl gətirdiyini bildirib.

Bəs Gürcüstan deputatları AŞPA-nı niyə tərk etdilər? Bununla bağlı xatırladaq ki, Assambleya gürcü nümayəndə heyətinin etimadnamələrini müəyyən şərtlərlə ratifikasiya etmək qərarına gəlmişdi. AŞPA Gürcü nümayəndə heyətinin bir çox üzvlərinin hüquqları dayandırmaqla, Gürcüstan hakimiyyətinin ölkədəki “demokratik tənəzzül”ün aradan qaldırılmasında əldə etdiyi irəliləyişlər fonunda aprel ayında etimadnamələrə yenidən baxacağını bildirmişdi. Bu qurum ciddi beynəlxalq monitorinq və dövlət institutlarının, seçki administrasiyasının siyasi müstəqilliyi şəraitində “yeni, həqiqətən demokratik parlament seçkiləri”nin təşkili, Gürcüstanın Avropaya inteqrasiya prosesini bərpa etmək üçün təcili və səmərəli tədbirlər görülməsi, polis zorakılığına, qəddarlıq və insan hüquqlarının pozulmasına dərhal son qoyulması, bütün siyasi məhbusların 2025-ci ilin aprel sessiyasına qədər azadlığa buraxılması kimi şərtlərlə Gürcüstan nümayəndə heyətinin üzvlərinin bir sıra hüquqlarını dondurdu. Gürcü deputatlar bu şərtlərlə AŞPA-nın doqquz komitəsindən beşində fəaliyyət göstərə, məruzəçi ola, seçkiləri müşahidə edə və ya müəyyən tədbirlərdə Assambleyanı təmsil edə bilməzlər.

Gürcüstan nümayəndə heyəti bütün bu şərtlərin tamamilə qəbuledilməz olduğunu bildirərək, bunların ölkənin daxili işlərinə müdaxilə və gürcü xalqının iradəsinə zidd, eləcə də onlar üçün qırmızı xətt olduğunu deyərək AŞPA-nı tərk edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri