Gürcüstan parlamenti yeni hökuməti təsdiqlədi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan parlamentinin deputatları Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və onun növbəti dörd il üçün proqramına etimad ifadə etmək üçün səs veriblər.
Axar.az xəbər verir ki, Gürcüstan parlamentinin iclası parlamentin saytında yayımlanıb.
Səsvermənin nəticələrinə görə, 84 deputat yeni hökumətə səs verib. Heç kim buna qarşı çıxmayıb. İclasda yalnız hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının nümayəndələri iştirak edib. Müxalifət parlament seçkisinin nəticələrini tanımır və iclaslarda iştirak etmir.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcü Arzusu 150 deputat mandatından 89-nu qazanıb. Bu isə Gürcü Arzusuna təkbaşına parlament iclası keçirməsi üçün legitim əsas verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















