Gürcüstan parlamenti xaricdə səsverməni qadağan edən qanunu təsdiqlədi
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan parlamenti xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdıran yeni Seçki Məcəlləsini birinci oxunuşda təsdiqləyib.
Teleqraf xəbər verir ki, dəyişikliyə əsasən xaricdə yaşayan Gürcüstan vətəndaşları parlament seçkilərində yalnız ölkəyə gələrək qeydiyyatda olduqları yer üzrə səsvermədə iştirak edə biləcəklər.
Təşəbbüsün lehinə 76 deputat, əleyhinə isə 9 deputat səs verib.
Qanun layihəsinin müəllifləri dəyişiklikləri uzun müddət Gürcüstandan kənarda yaşayan vətəndaşların “ölkədə mövcud siyasi vəziyyət haqqında tam məlumata malik olmaması” ilə izah edirlər. Onlar hesab edirlər ki, məlumatlı seçim etmək üçün seçicilər səs verməzdən əvvəl ən azı Gürcüstanda bir neçə gün keçirməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Noyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















