Gürcüstan parlamentində Müvəqqəti İstintaq Komissiyası yaradılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 5 fevral, AZƏRTAC
Gürcüstan parlamentində “Mövcud rejimin və onun siyasi məmurlarının 2003-2012-ci illərdəki fəaliyyətini araşdırmaq üçün Gürcüstan parlamentinin Müvəqqəti İstintaq Komissiyası” yaradılıb.
AZƏRTAC xəbər verir ki, parlamentin 83 deputatı komissiyanın yaradılmasını dəstəkləyib.
Bildirilib ki, Müvəqqəti İstintaq Komissiyasının səlahiyyət müddəti üç ay müəyyən edilib. İstintaq komissiyası əsasnamədə nəzərdə tutulmuş 3 ay müddətində öz işini başa çatdırmazsa, onun müddəti eyni əsasnamələr nəzərə alınmaqla, lakin 6 aydan çox olmamaqla uzadılacaq.
Qeyd edək ki, Müvəqqəti İstintaq Komissiyası 2003-2012-ci illərdə hakimiyyətdə olmuş Mixeil Saakaşvili rejiminin cinayət və bütün qanunazidd əməllərini araşdıracaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















