Gürcüstan parlamenti Saakaşvilinin partiyasının 20032012ci illərdə fəaliyyətinə dair istintaq komissiyası yaradacaq
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstan parlamentinin yaz sessiyasının ilk həftəsində 2003-2012-ci illərdə hakimiyyətdə olan “rejimin və rejimin siyasi məmurlarının” fəaliyyətini öyrənmək üçün istintaq komissiyası yaradılacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının ofisində keçirilən brifinqdə parlament çoxluğunun lideri, “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
“Sistemli cinayətlərin araşdırılması və rejimin qiymətləndirilməsi məqsədilə Gürcüstan parlamentində yaz sessiyasının ilk həftəsində rejimin və onun siyasi məmurlarının 2003-2012-ci illərdə fəaliyyətini öyrənmək üçün müvəqqəti istintaq komissiyası yaradılacaq. Komissiya altı ay işləyəcək və hesabat hazırlayacaq, daha sonra payız sessiyasının ilk həftəsində Gürcüstan Parlamenti tərəfindən nəzərdən keçiriləcək və təsdiq ediləcək. Əldə olunmuş nəticələrə dair Gürcüstan Konstitusiyasında nəzərdə tutulmuş siyasi və hüquqi cavab tədbirləri tövsiyələri veriləcək. Gürcüstan parlamentinin təsdiq etdiyi nəticə Gürcüstan qanunvericiliyinə uyğun olaraq sonrakı tədbirlərin görülməsi və günahkarların cəzalandırılmasını təmin etmək üçün Gürcüstan Baş Prokurorluğuna və digər aidiyyəti qurumlara təhvil veriləcək” - deyə Mamuka Mdinaradze bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















