Gürcüstan parlamentinin sədri: Qərb payızda ölkədə sabitliyi pozmağa cəhd göstərəcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qərb bu ilin payızında Gürcüstanda keçiriləcək yerli seçkilər ərəfəsində ölkədə vəziyyəti yenidən gərginləşdirməyə çalışacaq.
APA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "İmedi" telekanalına açıqlamasında bildirib.
“Artıq ilk əlamətləri görürük. Xaricdən sabitliyi pozmaq cəhdləri var. Brüsselin bəzi addımları bizə göstərir ki, ölkəmizin xaricdən təzyiqlərlə sabitliyin pozulmasına cəhd ediləcək. Necə ki, əvvəlki seçkilərdə də belə cəhdlər olmuşdu və sonradan bu, seçkilərə müdaxilə kimi qiymətləndirildi. Düşünürəm ki, bu dəfə də oxşar məktublar və qətnamələr vasitəsilə ölkədə sabitliyin pozulmasına cəhd ediləcək,” – deyə Papuaşvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 4-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 18 İyul 2025 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















