Icma.az
close
up
RU
Rusiya ölkədə sabitliyi pozmağa cəhd edəcək: İnformasiya hücumu artıq başlayıb...

Rusiya ölkədə sabitliyi pozmağa cəhd edəcək: İnformasiya hücumu artıq başlayıb...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov son günlər Rusiya informasiya məkanında Azərbaycan əleyhinə aparılan kampaniya ilə bağlı Feysbuk hesabında fikirlərini paylaşıb.

Globalinfo.az xəbər verir ki, sabiq nazir bu kampaniyanın arxasında duran məqsədləri ifşa edərək, Azərbaycanın mövqeyini geosiyasi baxımdan əsaslandırıb və rəsmi Bakını təmkinli, amma qətiyyətli mövqe tutmağa çağırıb.

Zülfüqarov bildirir ki, Rusiya mediasında və sosial şəbəkələrindəki “Z” təbliğatçıları Azərbaycanı imperiyanın “nəzarətdən çıxmış ucqarı” kimi təqdim edərək, guya bu bölgəyə qarşı hərbi müdaxilə ehtimalından danışırlar.

Onun sözlərinə görə, bu ritorika həm məntiqsiz, həm də qeyri-real ssenarilərə əsaslanır:

“Bu iddialar nə hərbi-siyasi reallıqlarla, nə də Rusiya tərəfindən bəyan edilmiş strateji maraqlarla uzlaşır. Əgər Rusiya Cənubi Qafqazdan öz milli təhlükəsizliyi üçün təhlükə görmürsə, Azərbaycana qarşı hərbi təhdid ritorikası hansı məqsədə xidmət edir?

AZAL təyyarəsi ilə bağlı baş verən faciədə Rusiya tərəfinin qeyri-dost yanaşması, eləcə də Rusiyada azərbaycanlılara qarşı basqı və zorakılıq hallarına göz yumulması, iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıqdan “bitərəf qonşuluq” səviyyəsinə endirib. Əgər Rusiya tərəfi bu ritorikanı davam etdirərsə, münasibətlər geosiyasi qarşıdurma səviyyəsinə keçə bilər.

Bir vaxtlar Rusiya ilə mehriban qonşuluq edən Finlandiya, təhlükəni hiss etdikdən sonra NATO-ya üzv oldu. Azərbaycan da oxşar təzyiqlərə məruz qalarsa, bu, regionda qlobal dəyişikliklərə gətirib çıxara bilər.”

Tofiq Zülfüqarov qeyd edib ki, “hərbi ritorika” müxtəlif siyasi dairələr tərəfindən manipulyasiya edilir:

“-Liberal” rus müxalifətçiləri və Qərbpərəst şərhçilər – öz anti-Kreml ritorikalarında Azərbaycanı qurban kimi göstərsələr də, azərbaycanlılara qarşı nifrət mövqeyini qoruyurlar;

Həmçinin oxuyun:

Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı – “Ya müharibə, ya da…”

– Ukrayna mediası və ekspertləri – Azərbaycanla həmrəylik nümayiş etdirməklə yanaşı, “ikinci cəbhə” açılması ideyasını dolayı yolla təşviq edirlər;

– İranın radikal dairələrinə bağlı media qurumları – bu vəziyyətdən istifadə edərək, Azərbaycanla münasibətləri öz ideoloji prizmalarından şərh edirlər;

– Erməni və pro-erməni media strukturları – revanşist ritorika ilə “Azərbaycanın cəzalandırılması” zərurəti barədə təbliğat aparırlar;

Bu cür absurd “hərbi ssenarilər” əsasında müzakirə açmaq və bu ritorikaya cavab vermək Azərbaycan üçün faydalı deyil. Bizim analitiklər, ekspertlər və medianın əsas vəzifəsi bu təbliğatla eyni dildə danışmaq deyil, onu ifşa etməkdir. Biz düşmənin ssenarisinə yox, öz milli strateji gündəmimizə fokuslanmalıyıq”.

Tofiq Zülfüqarov Rusiyanın “Z-kanalları”nın ölkəmizə qarşı kütləvi informasiya hücumuna başladığını açıqlayıb.

Onun sözlərinə görə, o, “ölkəmizin internet məkanına kütləvi hücuma keçmiş” Rusiyanın təbliğat resurslarının fəaliyyətini mümkün qədər izləyib və təhlil edir.

Sabiq nazirə görə, mütəşəkkil bir kampaniya belə bir tezis yayır ki, guya Rusiya hakimiyyətinin mövqeyi Azərbaycan xalqına deyil, sadəcə, “Azərbaycanın qərbyönlü hakimiyyəti”nə qarşıdır. Həmçinin Zülfüqarovun fikrincə, “daxili müxalifət” adından ölkə rəhbərliyini tənqid edəcək idarə olunan ruporların meydana çıxması mümkündür.

Zülfüqarov iki ay əvvəl bu istiqamətdə xəbərdarlıq etdiyini xatırladıb:

“Qarabağ təzyiq mexanizmi itirildikdən sonra xarici qüvvələr regiona yeni təzyiq modelini işə salmağa çalışacaqlar. Bu gün ölkədə sabitliyi pozmağa cəhd ediləcəyi açıq-aydın görünür, çünki informasiya hücumu artıq başlayıb. Lakin bu cəhdin uğursuzluğa məhkum olduğu da göz qabağındadır, çünki Azərbaycanda cəmiyyətin konsolidasiya səviyyəsi Rusiyanın özündə, məsələn, Gürcüstan və Ermənistandakından xeyli yüksəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri