Gürcüstan prezidentinin qaçacağı yer bəlli oldu: Bu ölkə sığınacaq verdi
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Litva lazım olarsa, Gürcüstan prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır.
Publika.az "Delfi"yə istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin baş müşaviri Asta Skaysqirite məlumat verib.
Rəsmi qeyd edib ki, Zurabişvili indiyədək “Tbilisidə öz xalqının yanında olacağını açıq şəkildə bəyan edib”.
Eyni zamanda Skaysqirite etiraf edib ki, Gürcüstan prezidentinin xaricdə müdafiəyə ehtiyacı ola bilər. Belə bir ehtiyac yaranarsa, təbii ki, Litva sığınacaq verəcək.
Xatırladaq ki, bundan əvvəl üç Baltikyanı ölkə - Litva, Latviya və Estoniya "Gürcüstanda qanuni etirazların yatırılmasında iştirak edənlərə" qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















