Icma.az
close
up
RU
Gürcüstan telekanalında Azərbaycan mahnısı Video

Gürcüstan telekanalında Azərbaycan mahnısı Video

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 25-də Gürcüstanın “Rustavi 2” telekanalında yayımlanan reytinqli “Qvaçvene şeni xma” (“Səsini göstər”) proqramında Azərbaycan mahnısından bir parça ifa olunub.

Kult.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycanın Xalq artisti Sara Qədimovanın repertuarından olan “Küsüb getdi” mahnısını Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva təqdim edib.

Proqramın ən parlaq iştirakçısı olmuş soydaşımızın obrazı, ifa tərzi və səsi böyük rəğbətlə və alqışlarla qarşılanıb. Münsiflər heyətinin üzvləri olan tanınmış gürcü müğənnilər “Küsüb getdi” mahnısının ifasına “bravo” və “nə gözəl” sədaları ilə rəğbətlərini ifadə ediblər.

Soydaşımızın çıxışı Gürcüstanın azərbaycanlı icmasında da böyük maraq və sevinc hissi yaradıb.

L.Əliyeva açıqlamasında bildirib ki, proqramda iştirakına böyük məsuliyyətlə yanaşıb.

O, niyə məhz “Küsüb getdi” mahnısını seçdiyini belə izah edib:

“Gürcüstanda Azərbaycanın məşhur mahnılarını yaxşı tanıyırlar. Çalışdım ki, gürcü tamaşaçılarına başqa janrda olan mahnımızı təqdim edim. “Küsüb getdi” mahnısı həm də ən çox sevdiyim əsərlərdən biridir. Mən müğənni deyiləm, məqsədim azərbaycanlı olaraq zəngin musiqimizi, mədəni dəyərlərimizi geniş auditoriyaya tanıtmaq olub. Mahnı o qədər həzin və melodikdir ki, onun böyük hərarətlə qarşılanmasına təəccüblənmədim”.

Soydaşımız proqramda çıxışı üçün tikdirdiyi libasdan da söz açıb:

“Milli ornamentlərin yer aldığı paltarım üç gün ərzində tikildi. Peşəkar dərzi-dizayner Lamiyə Qəribovaya təşəkkürümü bildirirəm. O, libasın hazırlanmasına xüsusi həssaslıqla yanaşdı. Parçanın, modelin və naxışların seçilməsində yaxından iştirak etdim. Çıxışım zamanı hər xırda detala xüsusi fikir vermişdim. Hətta Azərbaycan bayrağının rənglərində olan muncuqlardan hazırlanmış qolbağım diqqətli tamaşaçıların nəzərindən yayınmayıb”.

Qeyd edək ki, “Səsini göstər” proqramının hər buraxılışında 6 sirli iştirakçı olur. Onlardan bəziləri vokal göstəricilərinə sahib olur, bəziləri isə ifaçılıq qabiliyyətinə malik olmur. Münsiflər heyətinin əsas vəzifəsi ifaçılıq qabiliyyətinə malik olan iştirakçıları müəyyən etməkdən ibarətdir. Münsiflər Leyla Əliyevanın fonoqramla gürcü mahnısı ifa etməsindən sonra onun vokal göstəricilərinin olmadığını bildiriblər. Bu səbəbdən soydaşımız növbəti mərhələyə keçməyib. O, “Küsüb getdi” mahnısını canlı ifa etdikdən sonra isə münsiflər heyətinin üzvləri çox təəccübləniblər və yanıldıqlarına təəssüfləniblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri