Icma.az
close
up
RU
Gürcüstan üçün tarixi qərar: Kobaxidze elan etdi, hökumət geri çəkilir

Gürcüstan üçün tarixi qərar: Kobaxidze elan etdi, hökumət geri çəkilir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərliyi ilə hökumətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətində olduğu iddia edilir.

Kobaxidze Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında Tbilisinin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib. Baş nazir hökumətin bu mövzuda Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa razı olduğunu bildirib.

Beləliklə, Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı” haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.

Mövcud gərginlik fonunda Tbilisi ilə Qərb arasında razılaşma əldə olunub? Kobaxidzenin açıqlaması nədən xəbər verir? Məsələyə Moskvanın reaksiyasi necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, təkcə Gürcüstan yox, bütövlükdə Cənubi Qafqaz ölkələri Rusiya və Avropa İttifaqı(Aİ) arasında balansı daim diqqətdə saxlamalıdır:

“Hər iki qlobal güc mərkəzinin bölgədə maraqları var. Region ölkələri də bu məqamdan öz praqmatik maraqları çərçivəsində istifadə edə bilər.
Rəsmi Tbilisi bir müddət əvvəl verdiyi sərt qərar nəticəsində Aİ ilə “körpüləri  yandırmışdı”. Hətta İttifaqın ayırdığı və Gürcüstanın iqtisadi-sosial həyatında mühüm rolu olan qrantlardan da imtina edilmişdi. Bütün bunlar isə gürcü xalqının etirazına, həftələrlə davam edən mitinqlərə səbəb oldu.

Bugünkü anlaşmanı və İrakli Kobaxidzenin açıqlamasını geriyə doğru atılmış addım kimi qiymətləndirərdim. Gürcüstan hakimiyyəti davam edən etirazlara, cəmiyyətdən gələn təzyiqə dözə bilmədi”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri