Icma.az
close
up
RU
Gürcüstan və Azərbaycan: Regional güc mərkəzləri

Gürcüstan və Azərbaycan: Regional güc mərkəzləri

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Gürcüstan-Azərbaycan münasibətlərinin tarixi çox qədimlərə gedib çıxır. İki ölkə arasındakı dostluq, qardaşlıq münasibətləri bir çox ölkələr üçün nümunədir. Strateji tərəfdaşlıq əlaqələrimiz ildən-ilə güclənir, keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin  Azərbaycana son işgüzar səfəri də bunu sübut etdi. İkinci dəfə hökumət başçısı olduqdan sonra ilk səfərini ölkəmizə edən cənab Kobaxidze bununla da Tbilisinin Azərbaycanla əlaqələrə nə qədər böyük önəm verdiyini nümayiş etdirdi”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.


İki ölkənin tarixində və taleyində xeyli oxşar məqamların olduğunu diqqətə çatdıran deputat üzləşdiyimiz faciələrin bir-birinə bənzədiyini bildirdi: “Şərqlə Qərbi bir-birinə qovuşduran Gürcüstan və Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Dəyişən regional və qlobal şərtlər fonunda ölkələrimiz birgə addımlar sayəsində etibarlı körpü və mühüm oyunçular kimi çıxış edirlər. Kobaxidzenin Bakıya son səfərinin əsas məqsədi təkcə iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək deyil, həm də birlikdə regional güc kimi çıxış etməkdir. Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında görüş ötən gün dünya mediasının, siyasi düşüncə mərkəzlərinin əsas müzakirə mövzusuna çevrildi. Bakıdakı görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu, habelə regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident cənab İlham Əliyev Azərbaycan və Gürcüstanı mehriban qonşuluq və tarixən dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin birləşdirdiyini diqqətə çatdırdı. Dövlət başçısı xüsusilə vurğuladı ki, bu gün Gürcüstan–Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, ölkələrimiz o sahələrdə əməkdaşlıq etməsin. Ötən əsrin əvvəllərində Qafqazın mədəniyyət beşiyi hesab olunan Tbilisi bu gün də azərbaycanlılar üçün doğma şəhər hesab olunur. İş adamlarımızın bu ölkəyə yatırdığı sərmayələr milyardlarla dollar həcmindədir. Mətbuata açıqlamasında Prezident cənab İlham Əliyev Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu diqqətə çatdırdı. Dövlət başçısı bunu Gürcüstanda olan çox müsbət sərmayə iqliminin yaradılması ilə əlaqələndirdi. Rəsmi Tbilisinin yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan investorları da böyük həvəslə Gürcüstana sərmayə yatırırlar. İki ixrac neft və iki ixrac qaz kəmərlərimiz Gürcüstandan keçir ki, bu da ölkə üçün əhəmiyyətli gəlir mənbəyi deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük əhəmiyyət kəsb edir.  Gürcüstan dövlətinin inkişafında, orada əmin-amanlığın və firavanlığın təmin olunmasında dünyada Azərbaycan qədər maraqlı olan ikinci bir ölkə tapmaq çətindir. Çünki strateji enerji layihələri və nəqliyyat dəhlizlərinin keçdiyi Gürcüstanda ictimai-siyasi sabitliyin olması regional rifahın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlətimiz Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Gürcüstanda hakimiyyətdə hansı siyasi qüvvənin mövcudluğundan asılı olmayaraq Azərbaycan dövləti ən çətin günlərdə öz qardaş dəstəyini əsirgəməyib. Gürcüstanın həm keçmiş, həm də indiki dövlət başçıları Azərbaycanın siyasi rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib və minnətralıq hissi ilə qeyd ediblər.


Gürcüstan və Azərbaycan  həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə dəstək olublar. Bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıblar. İkinci Qarabağ müharibəsindən sonra özünün ərazi bütövlüyünü təmin edən və Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan ilə münasibətləri inkişafı etdirmək Gürcüstan üçün də həyati əhəmiyyət daşıyır. Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük müharibədə əldə etdiyi parlaq qələbə, ərazi bütövlüyünü təmin edə bilməsi Gürcüstan üçün də müsbət presedent yaratdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı hərbi əməliyyatları ilk dəstəkləyən ölkələrdən biri də Gürcüstan oldu.  Təsadüfi deyil ki, mətbuata açıqlamasında Baş nazir Kobaxidze Prezident cənab İlham Əliyevi xalqının, dövlətinin maraqlarını müdafiə edən lider adlandırdı: “Siz regionda fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”. Doğrudan da, bu gün Azərbaycan dövləti və onun rəhbəri bir çox ölkələr üçün nümunədir”.


M.Vəliyeva qeyd etdi ki, bütün hallarda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son səfəri ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək: “Görünən odur ki, yeni formalaşmış Gürcüstan hökuməti Azərbaycanın uğur təcrübəsini öyrənmək ehtiyacı duyub. Gürcüstan hakimiyyətinin daxili və xarici siyasətində etdiyi radikal dəyişikliklər – milli maraqları hər şeydən üstün tutması, beynəlxalq siyasi oyunların alətinə çevrilmək istəməməsi bunu deməyə imkan verir. Hər bir dövlət tarixi köklərinə, dəyərlərinə sadiq qalanda, milli maraqlara söykənən siyasət yürüdüəndə daha güclü və nüfuzlu olur. Onu da qeyd etməliyəm ki, Azərbaycan – Gürcüstan münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze qoyublar. İki böyük dövlət xadiminin əsasını qoyduğu sağlam təməl bu gün öz bəhrəsini verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri