Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan dostluğu regional təhlükəsizlik üçün önəmlidir

Azərbaycan Gürcüstan dostluğu regional təhlükəsizlik üçün önəmlidir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin qədim və zəngin keçmişi var. Tarixin ən ağır sınaqlarından çıxan bu əlaqələr mərhələ-mərhələ inkişaf edib, genişlənib və hər dəfə yeni mahiyyət kəsb edib. İstər 1918-1920-ci illərdə, istər sovet dövründə Azərbaycan və gürcü xalqları arasında əlaqələr daha da genişlənib. Azərbaycan və Gürcüstan dövlət müstəqilliklərini bərpa etdikdən sonra isə Cənubi Qafqazın bu iki ölkəsi arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Öncə qeyd edək ki, yüz minlərlə azərbaycanlı Gürcüstanda yaşayır. Odur ki, bu ölkədə ictimai-siyasi sabitliyin mövcud olması Azərbaycan üçün vacibdir. Dövlət müstəqilliyinin bərpasının ilkin çağlarında Gürcüstanda baş qaldırmış mənfi meyillərin, siyasi qarşıdurmaların, o cümlədən millətçilik çağırışlarının yerli azərbaycanlıları təhdid etməsi insanların yaddaşındadır. Odur ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri də Gürcüstanla əlaqələrin yeni məcrada inkişaf etdirilməsi, o cümlədən bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti oldu. Azərbaycan dövlətinin xarici və daxili siyasətində milli mənafeləri təmin edən strategiyanın həyata keçirilməsi tezliklə özünü göstərməyə başladı.

Regionda iqtisadi liderliyini təmin edən Azərbaycan həm də sərmayədar ölkə kimi nüfuz qazanmaqdadır. Azərbaycan dövlətinin və iş adamlarının əsas sərmayə yatırdıqları ölkələrdən biri isə Gürcüstandır. Son illərdə Azərbaycan Gürcüstana böyükhəcmli sərmayələr qoymaqla, bu ölkənin iqtisadi inkişafına kömək göstərib. Buna misal olaraq, Kulevi neft terminalının inşasını göstərmək olar. Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı və limanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu ölkəyə yatırılmış ən əhəmiyyətli investisiya layihələrindən biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Bundan başqa, azərbaycanlı iş adamları Gürcüstanda digər mühüm sahələrə də sərmayələr yatıraraq bu ölkənin sosial-iqtisadi inkişafına töhfələr verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Daha mühüm məsələlər isə verilən bu bəyanatda əksini tapıb. Cənab Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri ilə əlaqədar bunları deyib: “Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm. Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”. Cənab İlham Əliyev daha sonra deyib: “Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri zamanı ikirtərəfli əlaqələrə dair bir çox məsələlərə nəzər salındı, Azərbaycan-Gürcüstan dostluğu dünyada qonşuluq münasibətlərinə bir nümunə kimi dəyərləndirildi. Hazırda Azərbaycan-Gürcüstan münasibətləri, demək olar ki, bütün sahələri əhatə edir. Bu münasibətlər həm də Cənubi Qafqazda sülh və əmin-amanlığın başlıca şərtidir.

Gülər Sultanzadə

YAP Yasamal rayom təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri