Gürcüstan və Türkmənistan Orta Dəhlizə əlavə yüklərin cəlb olunması barədə razılığa gəliblər
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda səfərdə olan Türkmənistan nümayəndə heyətləri ilə birlikdə genişformatlı görüş keçirtdik. Görüş çərçivəsində Gürcüstan-Türkmənistan ticarət-iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsinə diqqət yetirildi.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdən sonra keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, əsas diqqət Gürcüstan və Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə yönəldilib. Qeyd edilib ki, iki ölkə arasında ticarətin artırılması və müxtəlif məhsulların ixracının təşviqi baxımından əhəmiyyətli potensial mövcuddur.
"Biz, həmçinin nəqliyyat və logistika əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik. Görüşdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun - Orta Dəhlizin inkişafının vacibliyinə və bu istiqamətdə, o cümlədən əlavə yüklərin cəlb edilməsi baxımından səylərin gücləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirildi”, - deyə Baş nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 17 İyul 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















