Gürcüstan xarici işlər naziri: ABŞ ilə münasibətlərimizi Bayden pozdu
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Co Bayden administrasiyası dövründə Gürcüstan-ABŞ münasibətləri dramatik şəkildə pisləşmişdi, amma hazırda bu, artıq belə deyil”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili bildirib.
“Deyə bilmərəm ki, Gürcüstan-Amerika münasibətlərində heç nə baş verməyib və heç nə baş vermir. Son dörd ildə Bayden administrasiyası dövründə münasibətlərin dramatik şəkildə pisləşməsi müşahidə etdik, hər gün mənfi kontekstdə ABŞ ilə münasibətlər siyasi gündəmimizin bir hissəsi idi. İndi isə artıq belə deyil. Gördünüz ki, “dostluq” adlandırılan qanun layihəsi, hansı ki, dostluqla heç bir əlaqəsi yox idi, dayandırıldı və gündəmdən çıxarıldı. Bu, mühüm addımdır. Dəfələrlə demişik ki, Gürcüstan belə bir sənədin ABŞ-Gürcüstan münasibətlərinin əsası və ya müəyyənedici çərçivəsi olmasını istəmir. Arzumuz ondan ibarətdir ki, strateji münasibətlərimiz konkret məzmunla yenidən formalaşsın, bu da dialoqun mövzusudur”, - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 27 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















