Gürcüstan xarici işlər naziri Kaya Kallası sərt tənqid etdi
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bütün ittifaqın yox, dar çərçivənin maraqlarından çıxış edir”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili bildirib.
Gürcüstan rəsmilərinin Aİ liderləri ilə təmasları barədə suala cavab olaraq Boçorişvili qeyd edib ki, Tbilisi təmsilçilərinin Avropa dövlətlərinin nümayəndələri görüş və əlaqələri davam edir:
“Baxıb görə bilərsiniz. Təkcə mənim fəaliyyətimə nəzər salsanız, dediklərinizin doğru olmadığını anlayacaqsınız. İndi istəyə gəlincə, ola bilsin, daha çox istək olsun. Hazırda Kaya Kallasla görüşməmişəm və düzü desəm, onunla görüşmək üçün böyük həvəsim də yoxdur. Qərarları necə qəbul etdiyi və ümumiyyətlə qəbul edib-etmədiyi ayrı məsələdir, eləcə də qəbul etdiyi qərarların kimə xidmət etməsi. Bunu elə Aİ-yə üzv ölkələrdən soruşa bilərsiniz ki, Kaya Kallasın fəaliyyəti və qərarlarından nə dərəcədə razıdırlar. Bu, Aİ bürokratiyasında müşahidə etdiyimiz təəssüf doğuran reallıqdır. Aİ-nin qərarlarını 27 üzv ölkə qəbul edir. Qaydaya görə, Kaya Kallas da 27 üzv ölkənin qəbul etdiyi qərarların icraçısıdır, buna görə də onun addımları 27 üzv ölkənin maraqlarından irəli gəlməlidir, çox vaxt ifadə etdiyi məhdud çərçivənin maraqlarından yox”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 25 Dekabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















