Gürcüstan XİNin 78 diplomatı hakimiyyətin qərarına ETİRAZ ETDİ
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanda vəziyyət yenidən gərginləşib. Hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi kütləvi etirazlara səbəb olub.
Modern.az xəbər verir ki, Gürcüstan iqtidarının Avropa və avroatlantik strukturlara qoşulması üzrə danışıqları dayandırması barədə qərarına etiraz edən insanlar küçələrə çıxıblar.
Maraqlıdır ki, etirazları ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən gürcü diplomatlar da dəstəkləyib. Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı birgə bəyanat imzalayıb.
Diplomatlar hökumətin avrointeqrasiyanı dayandırmaq qərarının Konstitusiyaya və milli maraqlara zidd olduğunu bildiriblər.
"Diplomat kimi bizim başlıca vəzifəmiz Gürcüstanın milli maraqlarını müdafiə etmək və Konstitusiyaya sadiqliyimizi qoruyub saxlamaqdır. Uzun illər ərzində diplomatiyamız Gürcüstanın Avropa və avroatlantik strukturlara qoşulması üçün hər cür səy göstərib, bu, gürcü xalqının iradəsi və tarixi seçimidir", - deyə bəyanatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 Noyabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















