Tbilisi Böyük Britaniyanın qərarına etiraz etdi
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) Böyük Britaniyanın səfiri Qaret Uordla görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN-nin yaydığı məlumatda bildirilib.
Görüşdə Gürcüstan tərəfi Böyük Britaniyanın ölkənin rəsmi şəxslərinə sanksiyalar tətbiq etməsindən narahatlığını ifadə edib.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu cür addımların iki ölkə arasında mövcud dostluğa xələl gətirdiyini bildirib.
XİN rəhbəri həmçinin Gürcüstanda gedən proseslərin obyektiv və qərəzsiz qiymətləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda Gürcüstan və Böyük Britaniya xarici işlər nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikaya qayıdacağına ümidvarlıq ifadə olunub.
Xatırladaq ki, ötən gün Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və daha dörd şəxsə sanksiya tətbiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 20 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















