Icma.az
close
up
RU
Gürcüstan Zəngəzur məsələsini rəqabət yox, əməkdaşlıq imkanı kimi görür politoloq

Gürcüstan Zəngəzur məsələsini rəqabət yox, əməkdaşlıq imkanı kimi görür politoloq

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti ilə Azərbaycanın dövlət başçısının Ağ Evdəki görüşünü, Azərbaycanın ABŞ-la münasibətlərində irəliləyişdir.

Bu sözləri gürcü politoloq Levan Mamaladze APA-ya müsahibəsində deyib.

“Bu, iki liderin səmimi gülüşləri və dostcasına əl sıxmaları ilə də özünü göstərdi. Görünür, bu, Azərbaycan–ABŞ münasibətlərində yeni istiqamətin başlanğıcıdır. Eyni zamanda Trampın rəhbərliyi altında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinin həll olunması da mühüm hadisədir,” deyə politoloq əlavə edib.

Gürcü politoloq hesab edir ki, Ermənistan da ABŞ-dan istifadə edərək özünə təhlükəsizlik təminatları yaratmaq niyyətindədir: “Bu kontekstdə artıq başqa adla təqdim edilən, əvvəl “Gorus–Zəngəzur dəhlizi” kimi tanınan məsələ də həll olunacaq. Bu, “sülh naminə Tramp layihəsi” adlandırılan maraqlı bir təşəbbüsdür. Amerikalılar isə onu “quru Panama keçidi” kimi təqdim edirlər — yəni Şimali və Mərkəzi Asiyanı bütün dünya ilə birləşdirən variant. Burada həm Azərbaycanın, həm də Ermənistanın rolu çox önəmlidir.”

Levan Mamaladze qeyd edib ki, Rusiyanın prosesdən kənarlaşdırılması Cənubi Qafqazda yeni təhlükəsizlik riskləri yarada bilər.

“Bu maraqlı layihədir, lakin hər zaman nəzərə almalıyıq: böyük geosiyasi dəyişikliklər sonradan problemlər yarada bilər. Söhbət Rusiyanın Cənubi Qafqazdan, xüsusilə də uzun illər davam edən, lakin münaqişəli xarakter daşıyan Azərbaycan–Ermənistan münasibətlərindən çəkilməsindən gedir. Qarabağ məsələsinin həlli kontekstində Rusiyanın sanki prosesdən kənarlaşdırıldığını söyləmək olar. Bunun səbəbləri çoxdur. Ancaq imperiya maraqları toqquşanda başa düşməliyik ki, onlar həmişə müxtəlif münaqişələr və hərbi toqquşmalar şəklində üzə çıxa bilər. Tarix göstərir ki, heç nəyi istisna etmək olmaz: oyunçular dəyişsə də, böyük imperiyaların maraqlarını hər zaman hiss etmişik və bunu nəzərə almalıyıq. Məhz bu səbəbdən Gürcüstan bu məsələyə ehtiyatla yanaşır, çünki Qərblə çox yaxın münasibətlərimiz olduğu üçün bunun necə işlədiyini yaxşı bilirik. Bu məsələni təhlükəsizlik kontekstində dəyərləndirmək mümkündürmü — bu, Azərbaycan–Ermənistan arasında yeni münasibətlər çərçivəsində düşünülməsi gərəkən mövzudur. Burada Türkiyə faktoru da çox önəmlidir, çünki ABŞ-ın layihəyə daxil olması istənilən halda Türkiyə tərəfindən dəstəklənəcək. Bu vacibdir, çünki Amerika təkbaşına heç nə edə bilməz,” deyə o, bildirib.

Politoloq hesab edir ki, əgər bu layihə sırf kommersiya xarakteri daşısa və ciddi siyasi təsir göstərməsə, gələcəkdə münaqişəli vəziyyətlərin yaranmasına səbəb olmayacaq. “Buna görə də prosesdə iştirak edən bütün tərəflərin hansı “toxumlar” əkdiyini düzgün qiymətləndirmək vacibdir. Məsələn, Gürcüstan Zəngəzur məsələsinin həllini yeni tranzit xətti baxımından rəqabət predmeti kimi görmür. Məncə, bu, vəziyyəti daha da zənginləşdirir və ötürmə qabiliyyətini artıraraq vaxtilə Heydər Əliyev və Eduard Şevardnadze təşəbbüsü ilə yaradılmış Xəzər–Qara dəniz dəhlizimizin imkanlarını genişləndirir. Bu, ölkələrimiz üçün yeni bir yüklənmə idi və əgər burada hər şey düzgün şəkildə bölüşdürülərsə, bunun Gürcüstanın ziyanına olacağını düşünmürəm. Çünki bütün neft kəmərləri Gürcüstandan keçir və Qara dəniz istiqaməti ən yaxın marşrutdur. Məsələn, hazırda Bolqarıstan və Rumıniya istiqamətində fəal işləyən bərə keçidləri həm Şərqi, həm də Qərbi Avropanı birləşdirir və fəal rol oynayacaq. Türkiyə istiqamətinə gəlincə, orada artıq kifayət qədər yüklənmə var. Məncə, Zəngəzur dəhlizi yalnız Naxçıvanla əlaqə yaratmaqla kifayətlənməyəcək, həm də Türkiyəyə və daha sonra türk dəniz limanlarına ticarət marşrutlarını təmin edəcək və öz yüklənməsinə sahib olacaq. Buna görə də burada Rusiyanın maraqlarını da nəzərə almalıyıq. Rusiya “Şimal–Cənub” layihəsini Azərbaycan, İran, Bəndər-Abbas limanı və Hindistanın Mumbay limanı üzərindən təqdim etmişdi. Hazırda bu ticarət yolu Azərbaycan–Rusiya arasındakı gərginlik səbəbindən dayandırılıb. Amma düşünürəm ki, əgər bu gərginliyi kommersiya və biznes münasibətlərinə keçirmək mümkün olsa, siyasi məsələlər də tədricən səngiyə bilər. Lakin nəzərə almaq lazımdır ki, belə təcrübələrin həmişə öz inkişaf dinamikası olur.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri