Icma.az
close
up
RU
Gürcüstan Zəngəzur dəhlizinə qarşıdır Politoloq

Gürcüstan Zəngəzur dəhlizinə qarşıdır Politoloq

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma Gürcüstan hakimiyyətini narahat edir. Gürcüstan 30 ildir ki, Ermənistan - Azərbaycan münaqişəsindən istifadə edərək, regionda tranzit rolunu oynayıb. Bu tranzitdən ildə milyonlarla dollar mənfəət əldə edir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, 2020-ci ildən Cənubi Qafazda qüvvələr balansı dəyişib və yeni geosiyasi nizam yaranır: 

“Həmçinin regionda geosiyasi proseslər sürətlə dəyişir və Gürcüstan hakimiyyəti yeni geosiyasi reallıqlarla barışmaq istəmir. Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya nəqliyyat əlaqələrini inteqrasiya edir. Gürcüstan da bu prosesin tərkib hissəsidir. Amma, rəsmi Tiflis Azərbaycanla problemlər axtarır. Gürcüstan Zəngəzur dəhlizinin açılması fonunda tranzit imkanlarının məhdudlaşmasını ağrılı şəkildə qarşılayır. Halbuki, Cənubi Qafqazda nəqliyyat yollarının şaxələndirilməsi regional siyasi çağırışlardan irəli gəlir. Asiyadan daşınan yüklərin Orta Dəhliz vasitəsilə Qərbə daşınması avtomobil yolu ilə Gürcüstan, Dəmiryol vasitəsilə Zəngəzur dəhlizindən keçəcək”. 

O, bildirib ki, görünür, Rusiyanın birbaşa təhriki ilə  "Gürcü Arzusu" hökuməti Zəngəzur dəhlizinə görə Azərbaycana təzyiqlər edir: 

“Əgər, Gürcüstan Azərbaycana problemlər yaradarsa, İran ərazisində "Araz" dəhlizi layihəsi reallaşır, həmçinin "Zəngəzur" dəhlizindən tam istifadə etməklə, Gürcüstan üzərindən bütün tranziti dayandıra bilər. Həm bura neft və qaz kəmərləri və digər lojistika tranziti daxildir. "Gürcü Arzusu" ilk hakimiyyətə gələndə  Rusiyanın təhriki ilə Azərbaycanın neft və qaz kəmərləri ilə bağlı təxribatlara əl atırdı. Gürcüstan da hakimiyyətdə olan Kremlin yaddaşlari Cənubi Qafqaz üçün ciddi problemdir və regionda geosiyasi çağırışlara cavab vermirlər. Daha çox Kremldən gələn narrativlərlə hərəkət edirlər. Azərbaycana qarşı problem yaradan "Gürcü Arzusu" hökuməti ciddi sınaqlarla qarşı-qarşıya qala bilər”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri