Gürcüstana soxulmuş bu cinayətkar dəstə yalnız çubuq dilindən anlayır”
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
"Gürcüstana soxulmuş cinayətkar dəstə yalnız çubuq dilindən anlayır".
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında ölkədəki hadisələrə münasibət bidirərkən deyib.
"Dostumuz, Polşanın Baş naziri Donald Tusk gürcü xalqını küçələrdə fəal olmağa çağırdı, bu cür vəziyyət çox nadir hallarda olur. Bir çox beynəlxalq xadimlər eyni şeyi deyir, Fransa prezidenti Emmanuel Makron isə praktiki olaraq eyni şeyi tələb edir”, - deyə siyasətçi vurğulayıb.
Saakaşvili qeyd edib ki, heç bir öyüd-nəsihət, tilsim, tələb, xahiş və ya müraciət bu vəziyyəti dəyişdirməyəcək:
“Gürcüstanda məskunlaşan bu cinayətkar dəstə yalnız çubuq dilini başa düşür! Bu çubuq nə deməkdir? Bu çubuq hər dəfə hücumdur – tətildir, gürcü xalqını soyan bizneslərin boykotudur. Bir çox müəssisələr öz sözünü dedi, amma hələ də tenderlərdən pul oğurlayanlar var. Hər birinizin cibindən pullar çıxır. Bu, onları binalara buraxmamaq deməkdir, çünki bəzi tiplər binaları zəbt edib, özlərini Gürcüstan hökuməti adlandıraraq, elə göstərirlər ki, həyat həmişəki kimi davam edir. Yüz minlərlə gürcü küçələrdədir, hamı çox qəzəblidir. Bu normal bir vəziyyət deyil. Bu binalar gürcü xalqına və Gürcüstanın yeganə hökumət mənbəyinə məxsusdur", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















