Icma.az
close
up
RU
Təxribatların artırdığı toqquşma riski: “Ermənistan yalnız güc dilindən anlayır”

Təxribatların artırdığı toqquşma riski: “Ermənistan yalnız güc dilindən anlayır”

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Elşad Musayev: “Azərbaycanın gücü və potensialı imkan verir ki, Ermənistanın təxribatlarının qarşısı qətiyyətlə alınsın”

Ermənistan ordusunun Azərbaycanla şərti sərhəddə təxribatlarının sayı artmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda qeyd edilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", deyə nazirliyin məlumatında vurğulanıb.

Bundan əvvəl də erməni tərəfi Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Qarşı tərəf bu prosesə mart ayının əvvəllərindən başlayıb. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda olan Avropa İttifaqının mülki adı altında fəaliyyət göstərən Müşahidə Missiyası Ermənistan hərbçilərinin atəş açmasını görməzdən gəlir, amma Azərbaycan tərəfini qınayan açıqlamalar yayırlar. Guya ki, Azərbaycan tərəfi atəşkəsi pozur, toqquşmaya təhrik edir.

Ekspertlərin əksəriyyətinin fikri ondan ibarətdir ki, Ermənistanın şərti sərhəddə təxribatlarını artırmasının səbəbi sülh sazişinin imzalanmasından yayınmaq, zaman qazanmaq və Azərbaycanı “təcavüzkar” kimi təqdim etməkdir. Analitiklər Azərbaycanın yeni müharibə istəmədiyini, rəsmi Bakının toqquşmada maraqlı olmadığını deməklə yanaşı, erməni təxribatlarının qarşısının alınması üçün zəruri addımlar ata biləcəyini də söyləyirlər. Hətta bəzi iddialara görə, aprel ayının ortalarında hərbi toqquşma ehtimalı realdır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev o fikirlə razıdır ki, Ermənistan yenidən zaman qazanmaq niyyətindədir:

- Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan təxribatlarını artıracaq. Ermənistanın Azərbaycanın şərtlərini yerinə yetirməkdən boyun qaçırması, əvəzində hücum silahları ilə silahlanması, şərti sərhəddə mövqelərimizə atəş açması deməyə əsas verir ki, qarşı tərəf dayanmayacaq. Rəsmi İrəvan sülhdə maraqlıdırsa, o zaman Azərbaycanın haqlı tələblərini niyə yerinə yetirmir? Sülh sazişi layihəsi üzərində iş yekunlaşdı, maddələr razılaşdırıldı. Bəs sonra? Ermənistan layihə razılaşdırılandan sonra sülh bəyanatları verməyə başladı, digər yandan isə Azərbaycan əsgərinə güllə atmağa start verdi. Həmin sülh bəyanatları manipulyasiyadan başqa bir şey deyil. Azərbaycan lideri bir daha bəyan etdi: ATƏT-in Minsk Qrupundan de-yure imtina ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasında dəyişiklik etmək Bakının şərtləridir. Bu şərtlər yerinə yetirilmədən Ermənistanla bağlanan sülh sazişi dayanıqlı ola bilməz. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları rəsmən təsnif edilib. Əgər bir ölkənin qonşu ölkəyə qarşı ərazi iddiası varsa, o zaman o ölkələr arasında sülh nə qədər dayanıqlı ola bilər?! Ermənistan da başa düşür ki, şərtləri yerinə yetirmədən Azərbaycan sülh sazişinə imza atmayacaq. Ona görə də, tələblərin icrasını ləngidir.

- Müharibədə acınacaqlı şəkildə uduzmuş Ermənistan məntiqlə sülh sazişinin tez imzalanmasına çalışmalı deyilmi?

- Biz uzun illərdir ki, Ermənistanın məntiqsiz siyasətinin şahidi oluruq. Yəni İrəvanda məntiq axtarmaq o qədər də doğru deyil. İkincisi, Ermənistanın sülh sazişi imzalamasının əleyhinə olan qüvvələr var ki, İrəvan həmin qüvvələrin dediyi ilə oturub-durur. Həmin qüvvələr Ermənistanın havadarlarıdır ki, bu gün də bu dövlətdən forpost kimi istifadə edirlər. Forpost olan bir dövlət heç vaxt müstəqil qərar verə bilmir, müstəqil qərar verməkdə çətinlik çəkir. Ən nəhayət, Ermənistan cəmiyyəti, diasporası, müxalifəti, kilsəsi sülhə hazır deyil. Erməni diaspora təşkilatları hər zaman bölgədə gərginliyin olmasında maraqlıdırlar. Təbii ki, bayaq dediyim xarici qüvvələrin istəyi ilə diaspora sülh prosesinə mane olmağa səy göstərməyi dayandırmır. Rusiyaya bağlı müxalifət qüvvələri də revanş çağırışı etməkdədirlər. Əlbəttə, onlar da Rusiyanın göstərişini yerinə yetirirlər. Məlumdur ki, Moskva Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Əgər sabitlik olarsa, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşarsa, bölgəyə Rusiyanın təsiri zəifləyəcək. Rusiya isə bölgədə söz sahibi olmaq fikrindən daşınan deyil. Cəmiyyətin müəyyən kəsiminin beynindən isə hələ də “miatsum” ideyası silinməyib. Bəlkə də, Ermənistanda hakimiyyətdə olan hazırkı qüvvələr və onu dəstəkləyən kəsim sülhün əldə olunmasında maraqlıdır, amma hakimiyyətini itirməkdən qorxur. Xarici qüvvələrin, müxalif kəsimin, “miatsum” ideyası ilə yaşayanların, kilsənin köməyi ilə Nikol Paşinyanın hakimiyyətdən qovulması gündəmə gələ bilər. Paşinyan isə hakimiyyətdə qalmaq niyyətindədir.

- Avropa İttifaqının Ermənistanda olan Müşahidə Missiyası ermənilərin Azərbaycan mövqelərinə atəş açmasına reaksiya vermirlər. Bunun səbəbi nədir?

- Həmin missiya mülki adı altında şərti sərhədə gəlib əslində casus fəaliyyəti ilə məşğuldurlar. Onların əsas işi Azərbaycan tərəfini müşahidə etmək, məlumatlar toplamaqdır. Ermənistan tərəfi atəş açanda da Azərbaycan tərəfini günahlandırmaqdır. Ona görə də Ermənistanın indiki təxribatlarına göz yumurlar, əksinə, Azərbaycan tərəfini günahlandırmağa, təcavüzkar kimi göstərməyə çalışırlar. Bunların missiyası məhz budur. Ona görə də, təxribatlara reaksiya verməmələrini təbii qarşılamaq lazımdır. Bununla yanaşı, diplomatik yollarla rəsmi Bakı beynməlxalq aləmə bu casusların fəaliyyətini dayandırmaq üçün çağırışlar etməlidir.

- Belə fikirlər var ki, aprelin ortalarında yeni müharibə başlaya bilər...

- Mən düşünmürəm ki, yeni bir müharibə başlasın. Çünki yeni müharibəyə ehtiyac yoxdur. Azərbaycan uzun illər sülh yolu ilə ərazilərimizin qaytarılmasına çalışdı, amma Ermənistan sülhə “yox” dedi. Nəhayət Azərbaycan hərbi yolla ərazilərini işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ona görə də müharibədə Azərbaycan maraqlı deyil. Qazaxın üç, Naxçıvanın bir kəndi işğaldadır ki, onun da qaytarılmasını diplomatik yolla istəyirik. Amma lazım gələrsə, hərbi yola da əl atıla bilər. Azərbaycanın gücü və potensialı imkan verir ki, Ermənistanın təxribatlarının qarşısı qətiyyətlə alınsın. Bu isə hərbi toqquşma riskini artırır. Biz bilirik ki, Ermənistan həm də güc dilindən anlayan dövlətdir. Bir çox hallarda Ermənistan yalnız güc dilindən anlayır. Şərtləri lazım gələrsə, güc vasitəsi ilə də qəbul etdirə bilərik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri