Icma.az
close
up
RU
Gürcüstanda Aİ tərəfdarlarının etiraz aksiyası 13 gündür ki, davam edir

Gürcüstanda Aİ tərəfdarlarının etiraz aksiyası 13 gündür ki, davam edir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqlara başlamağı gündəmə gətirməməsi qərarından sonra başlayan nümayişlər 13 gündür ki, davam edir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Aİ-yə üzvlük danışıqlarını 4 il müddətinə dayandırdığını elan etməsindən sonra başlayan etiraz aksiyaları bu gün də davam edib.

Batumidə davam edən aksiya ilə yanaşı, gecə saatlarında paytaxt Tbilisidə yenidən toplaşan minlərlə insan hökumətin qərarına etiraz etdiklərini bir daha nümaiş etdirib.

Parlament binası qarşısında Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayan nümayişçilər Tbilisidəki aksiya zamanı saxlanılanların da azad edilməsini tələb ediblər. Nümayişçilər ötən günlərdə olduğu kimi gecə yarısından sonra dağılışmağa başlayıblar.

Digər tərəfdən, ölkəsində davam edən nümayişlər zamanı saxlanılanların vəziyyəti ilə bağlı açıqlama verən Gürcüstan Ombudsmanı Levan İoseliani bu şəxslərə saxlandıqları yerlərdə baş çəkdiyini bildirib. İndiyə qədər 327 nəfərə baş çəkdiklərini ifadə edən İoseliani bildirib ki, onlardan 225-i onlara uyğun olmayan müalicə alır, 157 nəfərin isə fiziki xəsarət alıb.

Dünən axşam mətbuat konfransı keçirən Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsində davam edən etirazlara müdaxilə edən polis qruplarını nümayişçilərə qarşı zorakılıq və təzyiq göstərməkdə ittiham edib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti dekabrın 14-də keçiriləcək prezident seçkilərinin paytaxt Tbilisidə davam edən nümayişlərdə zorakılıq aktları ilə qarşısının alınmasının planlaşdırıldığını bildirib.

Avropa Parlamenti oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin yenilənməsini tələb edib və müxalifət, eləcə də Aİ tərəfdarları küçələrə çıxaraq nümayişlər təşkil etməyə başlayıblar.

Baş nazir İrakli Kobaxidze noyabrın 28-də verdiyi bəyanatda bəzi avropalı siyasətçilərin Gürcüstanın daxili işlərinə qarışdığını və onları Aİ-nin pulları ilə şantaj etdiyini bildirib: “Bütün bunları nəzərə alaraq, 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqların başlanmasını gündəmə gətirməmək qərarına gəldik”,- deyə bildirib. Kobaxidze ölkəsinin 2030-cu ildə Aİ-yə üzv olması üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.

ABŞ Dövlət Departamenti Aİ ilə danışıqları dayandıran Gürcüstanla strateji əlaqələrin dayandırıldığını açıqlayıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaja Kallas hökumət əleyhinə nümayişçilərə dəstək verdiyini açıqlayıb. Baltikyanı ölkələr də Gürcüstan hökumətinin bəzi yüksək rütbəli nümayəndələrinin ölkəyə girişini qadağan edəcəklərini açıqlayıblar.

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın baş naziri Kobaxidze və bəzi hökumət rəsmilərinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb. ABŞ Dövlət Departamenti həmçinin qeyd edib ki, hökumət əleyhinə nümayişlərin davam etdiyi Gürcüstana qarşı daha çox sanksiyalar tətbiq oluna bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri