Icma.az
close
up
RU
Gürcüstanda Aİ tərəfdarlarının hökumət əleyhinə etirazları davam edir

Gürcüstanda Aİ tərəfdarlarının hökumət əleyhinə etirazları davam edir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Gürcüstanda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırılmasına etirazlar davam edir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarını 4 il müddətinə dayandırmaq qərarını tənqid edən nümayişçilər noyabrın 28-də paytaxt Tbilisidə başladıqları etirazları 7-ci gündə də davam etdiriblər.

Dünən axşam minlərlə nümayişçi yenidən parlamentin qarşısına toplaşaraq, hökumət əleyhinə şüarlar səsləndirərək, AB və Gürcüstan bayraqları ilə çıxış ediblər. Nümayişçilər Parlament binası qarşısındakı Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayıb və orada atəş yandıraraq gözləmələrini davam etdirirlər.

Təhlükəsizlik məqsədilə polis xüsusi təyinatlılarının və Daxili İşlər Nazirliyinə tabe olan təzyiqli su maşınlarının olduğu ərazidə keçirilən aksiyada iştirak edən müxalifət partiyalarının liderləri ictimaiyyəti dağılışmamağa dəvət edir.

Gürcüstanda nümayişlər 7 gündür davam edərkən polis dünən bəzi müxalifət partiyalarının ofislərində axtarışlar aparıb.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze mətbuat konfransında bildirib ki, dünənki axtarışlar zamanı nümayişlərdə zorakılıq təşkil etməkdə ittiham olunan 7 nəfər saxlanılıb. Kupatadze qeyd edib ki, partiya ofislərində aparılan axtarışlar zamanı qoruyucu dəbilqələr, pirotexniki vasitələr, molotov kokteyli, boya və elektrik avadanlıqları götürülüb.

Avropa Parlamenti oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin yenilənməsini tələb edib və buna cavab olaraq müxalifət və Aİ tərəfdarları küçələrə çıxaraq nümayişlər təşkil etməyə başlayıblar. Baş nazir Kobaxidze noyabrın 28-də verdiyi açıqlamada bəzi avropalı siyasətçilərin Gürcüstanın daxili işlərinə qarışdığını və onları Aİ-nin pulları ilə şantaj etdiyini bildirib və deyib: "Bütün bunları nəzərə alaraq, 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqların başlanmasını gündəliyə salmamaq qərarına gəldik".

Kobaxidze ölkəsinin 2030-cu ildə Aİ-yə üzv olması üçün işlərini davam etdirəcəklərini vurğulayıb. İrakli Kobaxidze avropalı siyasətçilərin Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün ölkəsini şantaj etməyə başladığını qeyd edərək: "Bütün bu məsələlərdə şantajı dayandırın. Əgər Avropa İttifaqında danışıqlara başlamaq istəyirlərsə, bunu masaya qoysunlar, mən də bu gün imzalayacağam", - deyib.

ABŞ Dövlət Departamenti Gürcüstanla strateji əlaqələrin dayandırıldığını açıqlayıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaja Kallas Gürcüstanın baş naziri Kobaxidzenin danışıqları dayandırmaq qərarını tənqid edən nümayişçiləri dəstəklədiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lorens Gürcüstanda nümayişlər zamanı polisin dəfələrlə gözyaşardıcı qazla müdaxiləsindən sonra hakimiyyəti “dinc toplaşmaq hüququna hörmət etməyə” çağırıb.

Baltikyanı ölkələr də Gürcüstan hökumətinin bəzi yüksək rütbəli nümayəndələrinə ölkəyə giriş qadağası tətbiq edəcəklərini açıqlayıblar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri