Icma.az
close
up
RU
Gürcüstanda aksiyalar: Hakimiyyət güc nümayişinə ümid edirdisə, bu, nəticə vermədi

Gürcüstanda aksiyalar: Hakimiyyət güc nümayişinə ümid edirdisə, bu, nəticə vermədi

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bazar günü Gürcüstanın iri şəhərlərində etiraz aksiyası davam edib.

Aksiya iştirakçıları dördüncü gündür ki, hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dondurması qərarına etiraz edirlər.

Aksiyaya polis zorakılığı ilə müşahidə olunub, 200 dən çox etirazçı saxlanılıb.

Ölkənin Baş naziri İrakli Kobaxidze deyib ki, “Gürcüstanın ukraynalaşdırılmasına” icazə verməyəcək.

“Gürcü Arzusu”nun siyasətinin sərt tənqidçisi, Prezident Salome Zurabişvili şənbə günü parlamenti legitim hesab etmədiyini və buna görə də öz vəzifəsində işləməyə davam edəcəyini bildirib. Onun vəzifə səlahiyyətləri sona yaxınlaşıb.

BBC-yə müsahibəsində Zurabişvili bildirib ki, onun ölkəsinin sabitliyə və yeni seçkilərə ehtiyacı var.

Hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları təxirə salması ilə bağlı qərarından sonra Gürcüstanın bəzi diplomatları istefa verib, müxtəlif nazirliklərin rəsmiləri etirazçılara dəstək nümayiş etdirib.

Gürcüstanda aksiyalarŞəklin mənbəyi,Reuters
BBC Rusçanın müxbiri Nina Axmateli Gürcüstandan yazır:

Gürcüstanda etirazlar tüğyan edir. Tbilisi, Zuqdidi, Batumi, Kutaisi, Qori - etirazların coğrafiyası da, miqyası da genişlənir. Etirazların əsas simvolu Gürcüstanın və Aİ-nin bayraqlarıdır. Gürcüstanın məhz qərbyönümlü kursunu dəstəkləyən və hökumətin Rusiyaya loyal siyasətinə etiraz edənlər aksiyalara son illərdə daha çox etirazçı cəlb edib. Lakin bu dəfə Gürcüstan hakimiyyəti daha ciddi çətinliklə üzləşib.

Dövlət qurumlarının, o cümlədən əsas nazirliklərin əməkdaşları Gürcüstan Konstitusiyasının Avropa və Avro-Atlantik strukturlara inteqrasiya ilə bağlı 78-ci maddəsinə sadiq olduqlarını bildirir və hakimiyyətin Aİ-yə üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə kimi saxlamaq qərarı ilə razılaşmadıqlarını bildirirlər. Bu bəyanata ilk reaksiya verənlər arasında diplomatlar olub.

“Uzun illərdir ki, gürcü diplomatiyası Gürcüstanın Avropa və Avro-Atlantik strukturlarına qoşulması üçün bütün səylərini göstərir. Bu, gürcü xalqının iradəsi və tarixi seçimidir. Bu gün (noyabrın 28-də) Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər gündəlikdən çıxarması barədə bəyanatı ölkənin strateji maraqlarına uyğun gəlmir”, - Gürcüstan XİN-in artıq 200-dən çox rəsmisi tərəfindən imzalanmış birgə bəyanatda deyilir.

Hakimiyyətin qərarı Gürcüstanın Bolqarıstan, Hollandiya, Litva, ABŞ-dakı səfirlərinin və İtaliyadakı səfir səlahiyyətlərini icra edən diplomatların istefası ilə müşayiət olunub.

Hakimiyyətin qərarına cavab olaraq, Gürcüstanın Avropa və Avro-Atlantik kursuna və Konstitusiyanın 78-ci maddəsinə sadiqlik barədə bəyanatlar digər dövlət qurumları və idarələr, o cümlədən Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Tbilisi meriyası və Gürcüstanın Milli Bankı tərəfindən də verilib. Bəzi təhsil müəssisələri və özəl şirkətlər də açıqlamalar verirlər.

Bu arada etirazın episentri parlamentin yaxınlığındakı meydan olaraq qalır. Gürcüstanın Avropa gələcəyinə çağıran etirazçılar hər axşam buraya axışır. Lakin bu aksiyalar artıq musiqi və nümayişçilərin çıxışları ilə müşayiət olunan əvvəlki rəngarəng etirazlara bənzəmir.

İndi burada əvvəlki etirazlar zamanı olduğu kimi natiqlərin çıxışları və mahnı səsi yox, parlamentin yaxınlığında quraşdırılmış metal hasara vurulan zərbələrdən ritmik uğultu gəlir.

Axşam saatlarında paytaxt Tbilisinin Rustaveli prospekti polisin etirazçıları dağıtmaq üçün istifadə etdiyi gözyaşardıcı qazdan və onların xüsusi təyinatlılar istiqamətində atdıqları fişənglərdən tüstülənir.

Etirazların ilk iki gecəsində çevik polisin nümayişçilərə zorakılıq göstərməsi və onları həbs etməsi etirazçıların sayını xeyli artırıb.

Üçüncü gecə təhlükəsizlik qüvvələri daha uyğun davrandı, lakin hələ ki, bunun Gürcüstanda başlayan etiraz dalğasını zəiflədəcəyinə dair heç bir əlamət yoxdur.

Hadisələrin gələcək inkişafı hələlik qeyri-müəyyən olaraq qalır. Hakimiyyət tənqidçiləri tez-tez “Gürcü arzusu”nu avtoritar idarəçilikdə və Rusiya və Belarusdakı rejimləri təqlid etməkdə ittiham edirdilər.

Lakin hakimiyyət güc nümayişinə ümid edirdisə, bu, alınmadı və ən uzun hakimiyyət rekordunu qıran “Gürcü Arzusu” üçün görünməmiş təhlükələr yaratdı.

BBC.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri