Icma.az
close
up
RU
Gürcüstanda hakimiyyət dəyişəcək?

Gürcüstanda hakimiyyət dəyişəcək?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hazırda Gürcüstanın iki qütbə bölündüyü görünür”. 

Bu sözləri AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cümhuriyət”-ə açıqlamasında deyib. Onun sözlərinə görə, orada həm xarici dövlətlərin maraqları, həm də xalqın bir qisminin istəyi var: 

“Gürcüstanda sabitliyin və təhlükəsizliyin tərəfdarları ilə yanaşı, Qərbyönümlü qüvvələr var. Qərbyönümlü qüvvələr heç nədən dərs çıxarmırlar. Təbii ki, onların arasında beynəlxalq təşkilatları tərəfindən maliyyələşən qurumlar da var. 

Əsasən, gəncləri cəlb etməyə çalışırlar. Həmin qüvvələr Rusiyanın Gürcüstana vurduğu ziyanları xatırlatmaq üçün bundan istifadə edərək xalqın bir qismini meydanlara çıxarırlar. Nəticədə ölkədə xoşagəlməz vəziyyət yaranır”. 

Ekspert qeyd edib ki, hazırda Gürcüstan müxalifəti açıq şəkildə Qərb tərəfindən dəstəklənir: 

“İqtidara isə tam olaraq rusiyayönümlü demək doğru deyil. Sadəcə olaraq, Gürcüstan hakimiyyətinin maraqları indi Moskva ilə üst-üstə düşür. İqtidar Rusiyanın yaxında, Qərbin uzaqda olduğunu görür. Yəni, Qərbə güvənib uzağa getmək olmaz. Gürcüstan Qərbə 2008-ci ildə etibar etdi, nəticəsi isə hamıya məlumdur. Ona görə də “Gürcü Arzusu” Partiyası həm 2008-ci il hadisələrindən, həm də Ukrayna müharibəsindən nəticə çıxarır. Bu səbəbdən də yaxında olan təhlükəli qonşu ilə dava etməmək qərarına gəliblər. Yəni, Gürcüstanın arxasında başqa ölkə olmadığı üçün tək qalıb, Qərbdən isə boş vədlərdən başqa heç nə görmürlər. Düşünürəm ki, “Gürcü Arzusu” Partiyası rusiyayönümlü yox, gürcüstanyönümlüdür”. 

Əhəd Məmmədlinin sözlərinə görə, Gürcüstanda hakimiyyət dəyişikliyi istisna edilir: 

“Artıq “narıncı inqilab” və onun fəsadlarını görmüş bir xalq yenidən buna getməz. Üstəlik, “Gürcü Arzusu” dayanıqlı hökumətdir, ona xalqın ciddi dəstəyi var. Ən azından xalqın yarısı onların yanındadır”. 

O hesab edir ki, Gürcüstandakı aksiyalar 2025-ci ildə də davam edəcək: 

“Mənə elə gəlir ki, Gürcüstandakı etirazlar gələn ilə də keçəcək. Yeni ilin 1-2 ayı da bu aksiyalar ola bilər. Lakin yəqin ki, mart ayına qədər bu aksiyalar başa çatacaq”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri