Gürcüstanda Azərbaycandan gələn maşında 50 milyonluq heroin TAPILDI
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqəsində 200 kiloqram heroin daşıyan yük maşınını saxlayıblar.
Lent.az xəbər verir ki, bu barədə brifinqdə ölkənin Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, müsadirə olunan narkotik vasitələrin “qara bazar” dəyəri 50 milyon dollardan çoxdur. “Avtomobilin sürücüsü, İran vətəndaşı saxlanılıb”, – Daraxvelidze əlavə edib.
Daraxvelidze bildirib ki, heroin yük maşınında balıq yemi kisələrində daşınıb.
Müəyyən olunub ki, narkotik yüklər İrandan Azərbaycandan tranzit keçməklə gətirilib. Nazir müavini əlavə edib ki, saxlanılan sürücünü uzunmüddətli həbs və ya ömürlük həbs cəzası gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Sentyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















