Icma.az
close
up
RU
Gürcüstanda Azərbaycandan keçən 80 milyon lari dəyərində heroin müsadirə edilib

Gürcüstanda Azərbaycandan keçən 80 milyon lari dəyərində heroin müsadirə edilib

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyi beynəlxalq narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb.

Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində ümumi dəyəri 80 milyon lari olan 250 kiloqram heroin müsadirə edilib.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında bildirib ki, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş iki Gürcüstan vətəndaşı saxlanılıb. Onlar külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasına görə ittiham olunur.

“Polis əməkdaşları beynəlxalq narkotik dövriyyəsinin qarşısını alaraq 250 kiloqram heroin ələ keçiriblər. Bu, ‘qara bazar’da təxminən 80 milyon lari dəyərindədir. Əməliyyatın uğurlu həyata keçirilməsi bir daha göstərir ki, Gürcüstanın hüquq-mühafizə orqanları bu kimi cinayətlərin qarşısını almaq üçün lazımi resurslara və peşəkarlığa malikdir”, – deyə Aleksandre Daraxvelidze qeyd edib.

İstintaq materiallarına əsasən, heroin “yaş salfetlər” kimi bəyan edilən yük avtomobilində Azərbaycanın “Qırmızı Körpü” gömrük keçid məntəqəsindən Gürcüstana gətirilib.

Batumi Gömrük Rəsmiləşdirilməsi İqtisadi Zonasında yükə baxış zamanı yaş salfetlərin içərisində gizlədilmiş 2907 bağlama heroin aşkarlanıb.

Əlavə istintaq hərəkətləri nəticəsində, saxlanılan şəxslərdən birinin evində aparılan axtarış zamanı iki əlavə bükümdə heroin də götürülüb.

Əməliyyat Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi, Baş Prokurorluq və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsi ilə birgə həyata keçirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri üzrə istintaq davam edir. Cinayət sübut olunduğu halda təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Elmar Elnuroğlu 

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri