Gürcüstanda azərbaycanlıların yaşadığı Qabal kəndində orta yaşlı kişinin cəsədi tapılıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Laqodexi bələdiyyəsinin Qabal kəndində orta yaşlı kişinin cəsədi tapılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, meyit kənd qəbiristanlığının yaxınlığında aşkarlanıb. Sakinlərin sözlərinə görə, qəbiristanlıqda işləyən həmin şəxs qətlə yetirilib.
Məlumata görə, bir neçə ay əvvəl onun yerli sakinlərlə mübahisəsi olub və bundan sonra o, yoxa çıxıb. Ailə üzvləri həmin vaxtdan onu itkin kimi axtarıblar.
Bildirilib ki, bir neçə gün öncə onun telefonu və şəxsiyyət vəsiqəsi tapılıb, daha sonra isə cəsədi aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.
Bu mövzuda digər xəbərlər:Gürcüstanda Qabal çayının daşması ciddi problemlər yaradıb
27 Sentyabr 2025 14:53
Qabal kəndində azərbaycanlıların dostu İlya Çavçavadzeyə həsr olunan dəyirmi masa keçirilib AZƏRTAC
03 Dekabr 2024 17:07
Gürcüstanda azərbaycanlı yaşlı qadın evində ölü tapılıb
07 Aprel 2025 10:59
Azərbaycanlıların Gürcüstanda işləməsinə QADAĞA GƏLİR
23 Oktyabr 2025 10:49
Gürcüstanda azərbaycanlıların toyunda FACİƏ: yaralılar var
26 Noyabr 2024 15:46
Baxış sayı:161
Bu xəbər 07 Yanvar 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















