Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Azərbaycanlıların Gürcüstanda işləməsinə QADAĞA GƏLİR

Azərbaycanlıların Gürcüstanda işləməsinə QADAĞA GƏLİR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Quru sərhədlərinin bağlı qalması Gürcüstanda yaşayan, oxuyan, işləmək üçün gedən Azərbaycan vətəndaşlarına əlavə problemlər yaradır. 

Bu ilin oktyabrın 1-də Gürcüstan Parlamenti "Miqrasiya haqqında" yeni qanun qəbul edib. Gürcüstan parlamenti 2025-ci ilin iyun ayında, və sonrakı aylarda, “Law on Labour Migration” (Əmək miqrasiyası haqqında qanun) və “Law on the Legal Status of Aliens and Stateless Persons” (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanun) qanununda geniş dəyişikliklər qəbul edib”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib. 

Ekspert qeyd edir ki, bundan sonra xarici vətəndaşın Gürcüstanda işləməsi üçün sadəcə vizalı olması kifayət etməyəcək: 

“Yeni qanuna görə, ayrıca əmək fəaliyyəti üçün icazə (“work permit” və ya “right to engage in labour activity”) alması tələb olunacaq. Eyni zamanda, bu icazənin alınması ilə yanaşı, müvafiq yaşama icazəsi (residence permit) və ya D1 tipli viza kimi status da tələb olunacaq. Qanun mərhələli şəkildə qüvvəyə minəcək. Misal üçün, 1 mart 2026-cı il tarixindən etibarən bu yeni sistemin əsas hissəsi qüvvəyə minəcək.

Yeni qanunda cəza və nəzarət mexanizmləri gücləndirilir. Bundan sonra icazəsiz işə görə həm işçi, həm də işəgötürən üçün ağır cərimələr nəzərdə tutulur. Bütün bunlar da son zamanlar Azərbaycandan Gürcüstana gedən qara işçi qüvvəsinin artmasının qarşısını almaq üçün edilir. Son 2 ilin statistik məlumatlarına əsasən Azərbaycandan Gürcüstana tikinti, otel, aqrar sektorda işləməyə gedənlərin sayı 2 dəfədən çox artıb. 

Sərhədlərin bağlı olması Azərbaycan vətəndaşları üçün ciddi problemlər yaradacaq. Çünki oturma izni (3 aylıq vizasız) bitdikdən sonra vətəndaşlarımız aşağı büdcə ilə Azərbaycana daxil olub yenidən Gürcüstana gedə bilmir. Nəticədə yeni qanunun tələblərinə görə cərimələnir və kütləvi olaraq deport edilirlər”. 

Bundan sonra Azərbaycan vətəndaşı Gürcüstanda işləmək istəyəcəksə, sadəcə tələbə vizası və ya yaşayış icazəsi kifayət etməyəcək:

“Yeni qanunla Azərbaycan vətəndaşının “right to engage in labour activity” (əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yaradan status) icazəsi olmalıdır”.

Ekspertin sözlərinə görə, qanunun tətbiqi mərhələli olduğundan, Azərbaycan vətəndaşları qısa zamanda yeni qaydalara uyğun status almalıdırlar: 

“Lakin sərhədlər bağlı olduğuna görə hazırda Gürcüstanda olan azərbaycanlılar ölkəni tərk edib yenidən daxil ola bilmir, icazəni uzatmaq üçün tələb olunan çıxış-giriş prosedurunu yerinə yetirə bilmir. 

Nəticədə Azərbaycan vətəndaşları qeyri-qanuni statusa düşür. Bu isə cərimə və deportasiya riski yaradır. Hazırda Gürcüstandan Azərbaycana kütləvi olaraq deport edilənlərin olduğu barədə xəbərlər dolaşır. 

Təbii ki, bu da iqtisadiyyatımıza yeni ziyan vudan faktdır. Xaricə gedən hər bir vətəndaş potensial olaraq Azərbaycana valyuta yollayan gücdür. Və sadəcə 6 aylıq statistikaya görə 2025-ci ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri 17,4 milyon dollardan 18,1 milyon dollara qədər artıb. 

Təsəvvür edin quru sərhədləri açılsa, bu rəqəm azı 2 dəfə arta bilər... Amma gürcü hökuməti də bunun fərqindədir və yeni qanun qəbul edib. Bizim vətəndaşların isə o qanundan qorunmaq üçün tək çıxış yolu var - quru sərhədlərindən giriş-çıxış edə bilmək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri