Icma.az
close
up
RU
Gürcüstanda bəzi sabiq dövlət məmurlarının evlərində axtarış aparılıb

Gürcüstanda bəzi sabiq dövlət məmurlarının evlərində axtarış aparılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi,17 oktyabr, AZƏRTAC

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, sabiq Baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli 8 şəxsin evlərində axtarış aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, axtarışlar nəticəsində müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul götürülüb.

“Cinayət işlərinin ictimai əhəmiyyəti və marağı nəzərə alınaraq ictimaiyyətə məlumat vermək istərdim ki, Gürcüstan Baş Prokurorluğunun İstintaq Bölməsində, Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Təhlükəsizliyi Departamentlərində aparılan bir neçə istintaq çərçivəsində bu gün saat 10:20-də genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı sabiq Baş nazir İrakli Qaribaşvili, keçmiş Baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli olan 8 nəfərin mənzillərində və şəxsi obyektlərində axtarış aparılıb, külli miqdarda pul vəsaiti götürülüb” – deyə o vurğulayıb.

Baş prokuror əlavə edib ki, araşdırmalar hazırda fəal şəkildə davam etdirilir və istintaqın gedişi barədə ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri