Icma.az
close
up
RU
Gürcüstanda fövqəladə əməliyyat Sabiq Baş nazirin, DTX rəhbərinin və Baş prokurorun evlərində axtarış aparılıb

Gürcüstanda fövqəladə əməliyyat Sabiq Baş nazirin, DTX rəhbərinin və Baş prokurorun evlərində axtarış aparılıb

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş sədri Qriqol Liluaşvilinin və keçmiş baş prokuror Otar Partsxaladzenin evlərində axtarış aparılıb. 

"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Baş prokuror Georgi Qvarakidze brifinqdə bildirib ki, “müxtəlif elektron cihazlar, sənədlər və böyük miqdarda pul müsadirə olunub”. Axtarışlar oktyabrın 17-də səhər saat 10-dan başlayaraq ölkə üzrə 22 ünvanda eyni vaxtda aparılıb.

Qvarakidze jurnalistlərin suallarını cavablandırmayıb və istintaqın hansı maddələr üzrə aparıldığını açıqlamayıb.

"Exo Kavkaza" xəbər verir ki, vaxtaşırı keçmiş baş nazir və hakim “Gürcü Arzusu” partiyasının keçmiş lideri İrakli Qaribaşvilinin, həmçinin DTX-nin keçmiş rəhbəri Qriqol Liluaşvilinin korrupsiya işləri üzrə mümkün həbsi barədə şayiələr yayılıb. “Gürcü Arzusu”nun bir sıra keçmiş tərəfdarları, o cümlədən keçmiş müdafiə naziri Cuanşer Burçuladze və onun qaynı, keçmiş iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze saxlanılıb.

Q. Liluaşvilinin adı mediada 4 oktyabr hadisələri ilə əlaqədar hallanıb. “Formula” televiziya kanalı mənbəsinə istinadla xəbər verib ki, o, ikiüzlü fəaliyyət göstərib – həm müxalifətlə əlaqədə olub, həm də hakimiyyətə məlumat ötürüb.

Baş nazir İrakli Kobaxidze daha öncə demişdi ki, “Gürcü Arzusu”nun bir keçmiş üzvü müxalifətlə əməkdaşlıq edib, amma adını çəkməyib.

Otar Partsxaladze 2013-cü ilin noyabr-dekabr aylarında Gürcüstanın baş prokuroru vəzifəsində çalışıb. 2023-cü ildə ABŞ ona qarşı sanksiyalar tətbiq edib, bunu “Rusiyanın Gürcüstandakı təsirinin gücləndirilməsi” ilə əsaslandırıb. Mətbuatın məlumatına görə, o, Moskvada yaşayır, Rusiya siyasi elitası ilə əlaqələrini qoruyur və “Gürcü Arzusu” hökuməti ilə sıx təmaslar saxlayır.

Sanksiyalardan sonra Gürcüstan prezidenti Salome Zurabişvili onu vətəndaşlıqdan məhrum edib. Bundan sonra o, soyadını Partxaladze-Romanova dəyişib. 2025-ci il mayın 9-da O. Partxaladze Moskvada Qırmızı Meydanda keçirilən Qələbə Paradının qonaqları arasında görünüb. Ona qarşı Böyük Britaniya və Litvanın da sanksiyaları qüvvədədir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri