Icma.az
close
up
RU
Gürcüstanda “diplomat qiyamı” Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı

Gürcüstanda “diplomat qiyamı” Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin bu qərarı elan etməsindən sonra Tbilisidə vəziyyət gərginləşib.

Qərb siyası mərkəzlərinin təsir dairəsində olan müxalifət qüvvələri küçələrə axışıb. Parlament binasının önündə toplaşan etirazçılarla polis arasında insident yaşanıb. Polisin asayişi təmin etmək cəhdlərinə müqavimət göstərən aksiya iştirakçıları  lazer işıqlarından istifadə ediblər. Qarşıdurma zamanı Daxili İşlər Nazirliyinin  əməkdaşları sırasında xəsarət alanlar, xəstəxanaya yerləşdirilənlər olub. 

Gürcüstan prezidenti, səlahiyyət müddəti başa çatmaq üzrə olan Salome Zurabişvilinin aksiya iştirakçılarına dəstək verməsi vəziyyəti gərginləşdirib. O, tərəfdarlarını təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya təhrik edən bəyanatlar səsləndirib. Zurabişvilinin bənzər hərəkətləri son 2 il ərzində dəfələrlə təkrarlandığı üçün gözlənilməz olmayıb. Bu baxımdan “prezident-müxalifət tandemi”nin təxribatlarını zərərsizləşdirmək təhlükəsizlik qüvvələri üçün çətinlik yaratmayıb. 

Amma gərginliyi artıran başqa bir amil daha var. Qərb  mərkəzləri aksiya iştirakçılarını ruhlandırmaq üçün “son silaha” əl atıblar. Avropa dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən ələ alınmış bir qrup gürcü diplomat aksiya iştirakçılarını dəstəkləyiblər. Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdəki səfirliklərində çalışan 92 əməkdaşı birgə bəyanat imzalayaraq, öz dövlətlərinin qərarına qarşı çıxıblar. Onlar rəsmi Tbilisidən Avropa və avroatlantik strukturlara qoşulmaq yönündə danışıqları davam etdirməsini tələb ediblər. 

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı  ayrı-ayrı dövlətlərdə öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi rolunda adətən yerli müxalifət partiyalarından, ələ alınmış QHT və KİV-lərdən istifadə ediblər. “Qrant”, “texniki dəstək” və “siyasi himayədarlıq”la nəzarətdə saxlanılan  yerli “QHT” və “KİV”lər, siyasi partiyalar zəruri anda hərəkətə gətirilərək  öz ölkələrində Qərb siyasi maraqlarının müdafiəsinə qalxıblar. Bu model ABŞ və Qərbin hədəfində olan bütün regionlarda, o cümlədən, Cənubi Qafqazda-Gürcüstan və Azərbaycanda da dəfələrlə tətbiq edilib. İndi isə vəziyyət bir qədər fərqlidir. ABŞ və Avropa İttifaqı Gürcüstanda yenilənmiş təxribat mexanizmini sınaqdan çıxarırlar. Təşkil etdikləri etiraz aksiyalarına həm də ələ alınmış rəsmi şəxsləri, o cümlədən, diplomatları qatırlar. Faktiki olaraq, dövlət çevrilişinə təşəbbüs göstərirlər. Qərbpərəst qüvvələr  Gürcüstanda tam bir çevriliş planını isra edirlər. 

Əslində bu ssenarinin Gürcüstandan öncə Azərbaycanda tətbiq edilməsinə cəhd göstərilib. “Diplomat qiyamı”na əsaslanan proqramın ilk epizodları 2015-ci ildə təzahür edib. Hadisənin izlənilməsi nəticəsində müəyyən edilib ki, Qərb insitutları Azərbaycanda “radikal müxalifət”, “QHT” və “KİV”lərdən başqa həm də “ələ alınmış diplomatlar” üzərində işləyiblər. Qərbin maraqlarına uyğun təxribatlar törətməyə hazırlaşan “kölgə qruplar” formalaşdırıblar.  

Bu barədə Azərbaycan KİV-lərində çoxsaylı məqalələr  dərc edilib. “Yenilənmiş Qərb şəbəkəsinin üzvləri və təxribat planının detalları” başlığı ilə yayımlanmış məqalədə “kölgə qruplar”ın  formalaşdırılma mexanizmləri və fəaliyyət metodları barədə detallı bilgilər yer alıb (https://musavat.com/news/yenilenmis-qerb-sebekesi-nin-uzvleri-ve-texribat-planinin-detallari-belli-oldu-sensasion-faktlar_1093817.html). 

Məqalədə qeyd edilib ki, Qərb mərkəzləri COP29 və Milli Məclis seçkiləri ərəfəsində təxribat ssenarilərini icra etməyə hazırlaşıblar. Bunun üçün ənənəvi müxalifət, QHT və KİV şəbəkəsindən başqa, həm də yeni elementlərdən faydalanıblar. Bu sırada həm də “ələ alınmış diplomatlar”a istinad ediblər. “Həbs edilən diplomat işi” başlıqlı məqalədə isə “diplomat oyunu”nun detalları təsvir olunub (https://qafqazinfo.az/news/detail/qerb-azerbaycan-uzre-texribat-sebekelerini-gurcustandan-balkanlara-kocurur-444479).

Qeyd edilib ki, Qərb xüsusi xidmət orqanları tərəfindən  müxtəlif vasitələrlə ələ alınmış keçmiş diplomatlardan ibarət xüsusi qrup formalaşdırılıb. Bu yöndə şübhələr Qərb ölkələrində PKK və FETO ilə əməkdaşlıq etdiyi təsdiqlənən keçmiş azərbaycanlı diplomat  Emin İbrahimovun həbsindən sonra öz təsdiqini tapıb. O, xırda xuliqanlıq əməlinə görə həbs edilsə də, istintaqın gedişində yeni detallar üzə çıxmışdı. Bütöv bir şəbəkənin qanunsuz əməlləri ifşa edilmişdi.

“Diplomatın cinayət işi” araşdırılarkən, onun çevrəsi, şübhəli əlaqələrinə dair faktlar ələ keçmişdi. Müəyyən olunmuşdu ki, “sabiq diplomatların” öz aralarında yazışdıqları xüsusi bir internet səhifə və məxvi mesajlaşma platforması mövcuddur. Bu platformalarda dövlət əleyhinə planların müzakirəsi aparılır. Kənar girişlərin məhdudlaşdırıldığı, modern texnologiyaların tətbiqi ilə mühafizəsi təmin olunan həmin platformalar Qərb xüsusi xidmətləri tərəfindən idarə edilir.

Emin  İbrahimovun XİN-də müxtəlif əlaqələrinin müəyyənləşdirilməsi  kontekstində aparılan təhqiqat zamanı qrupun  digər üzvləri barədə də məlumatlar əldə edilib. Bu günlərdə Azərbaycan KİV-lərində  “Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?” başlıqlı yazı dərc edilib (https://qafqazinfo.az/news/detail/caqqal-leqebli-sexs-kimdir-454291). Qeyd olunub ki, COP29 ərəfəsində müxtəlif Qərb dairələri  sabiq diplomatlardan istifadə edərək, Azərbaycana qarşı təxribatlar hazırlayıblar. Kod adı “Cavanşir” olan, diplomatiya sistemindən uzaqlaşdırılmış “Çaqqal” ləqəbli Ramiz Vəliyev də bu kontekstdə ciddi şübhə obyektinə çevrilib. O, diplomatiya sistemində çalışarkən xaricə, o cümlədən “söyüş müxalifəti”nə məlumat ötürən şəxslərdən biri kimi fəaliyyət göstərib. 

Beləliklə, indi Gürcüstanda çox qabarıq şəkildə təzahür edən  “diplomat qiyamı” ABŞ və Avropa İttifaqının hədəf ölkələr üzrə hazırladıqları yeni təxribat ssenarilərindən xəbər verir. Bu ssenarilərdə rol alan komponenetlərdən biri də “ələ alınmış diplomatlar”dır. Həmin ssenari təkcə Gürcüstan üçün nəzərdə tutulmayıb. Əgər sabah Paşinyan Qərbə qarşı hansısa sürüşkən addımlar atacaqsa, o da yeni silahın hədəfinə çevriləcək. Onlarla diplomatın təpkisini görəcək. 

Azərbaycan isə həmişə olduğu kimi, bu dəfə də oyunları poza bilib. Özünün ayıq-sayıq davranması ilə bu planı da alt-üst edə bilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see148

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see145

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see138

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see125

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see124

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see122

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see121

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see121

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see120

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see117

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see117

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see116

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see116

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see115

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see115

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see115

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see114

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see114

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see114

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri