Icma.az
close
up
RU
Gürcüstanda “diplomat qiyamı”

Gürcüstanda “diplomat qiyamı”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qərb qonşu ölkədə dövlət çevrilişi ssenarisini reallaşdırmaq istəyir

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub. Bunun üçün ciddi əsaslar olduğu qeyd edilir. Bildirilir ki, 2009-cu ildən başlayaraq aparılan 15 illik danışıqlar nəticə verməyib. Gürcüstan ciddi təhdidlərlə üzləşərkən, Avropa İttifaqının zəruri dəstəyini görməyib.

Amma bütün əsaslandırmalara rəğmən, Baş nazir İrakli Kobaxidzenin bu qərarı elan etməsindən sonra Tbilisidə vəziyyət gərginləşib. Qərb siyası mərkəzlərinin təsir dairəsində olan müxalifət qüvvələri küçələrə axışıb. Parlament binasının önündə toplaşan etirazçılarla polis arasında insident yaşanıb. Polisə müqavimət göstərən aksiya iştirakçıları soyuq silahlardan istifadə ediblər. Qarşıdurma zamanı Daxili İşlər Nazirliyinin 30 nəfərdən çox əməkdaşı xəsarət alıb.

Gürcüstan prezidenti Salome Zurabişvilinin aksiya iştirakçılarına dəstək verməsi vəziyyəti bir qədər də gərginləşdirib. O, tərəfdarlarını təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya təhrik edən bəyanatlar səsləndirib. Zurabişvilinin belə hərəkətləri son 2 il ərzində dəfələrlə təkrarlandığı üçün gözlənilməz olmayıb. O, Gürcüstanda “Xarici təsirlərin şəffaflaşdırılması haqqında” Qanun qəbul olunanda da eyni formada davranmışdı. Hökuməti deyil, müxalifəti dəstəkləmişdi. Avropadan gələn təlimatlara uyğun olaraq, qanunun qəbul edilməməsi üçün var gücü ilə çalışmışdı. Bu baxımdan prezidentin indi də müxalifətlə birgə hərəkət etməsi hökumət üçün xüsusi çətinlik yaratmayıb.

İndiki halda Gürcüstanda gərginliyi artıran başqa bir amil də vardır. Qərb mərkəzləri aksiya iştirakçılarını ruhlandırmaq üçün yeni bir variantdan istifadə edirlər. Avropa dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən ələ alınmış bir qrup gürcü diplomat aksiya iştirakçılarını dəstəkləyiblər. Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdəki səfirliklərində çalışan 92 əməkdaşı birgə bəyanat imzalayaraq, öz dövlətlərinin qərarına qarşı çıxıblar. Onlar rəsmi Tbilisidən Avropa və Avroatlantik strukturlara qoşulmaq yönündə danışıqlara getməsini tələb ediblər. Diqqət yetirəndə görürük ki, bəyanata imza atan diplomatlar ya birbaşa Avropa dövlətlərində çalışırlar, ya da ABŞ-nin təsir dairəsində olan ölkələrdə fəaliyyət göstərirlər. Çexiyada, Bolqarıstanda və Cənubi Koreyada olan diplomatik nümayəndəliklərin simasında bu məsələ öz təsdiqini tapmış olur.

Qeyd edək ki, “ələ alınmış diplomatlardan”, digər rəsmi şəxslərdən açıq -aşkar istifadə metodu ABŞ və Avropa İttifaqının ayrı-ayrı dövlətlərdə həyata keçirdiyi təxribat ssenarilərində görünən yeni elementdir. Onlar, adətən, bu hərəkətləri vətəndaş cəmiyyəti institutlarının vasitəsilə “demokratiyaya”, “söz və ifadə azadlığına dəstək” adı ilə həyata keçiriblər. İndi isə kölgədə bəslədikləri elementləri ön cərgəyə çıxarıblar. ABŞ və Avropa İttifaqı Gürcüstanda yenilənmiş təxribat mexanizmini sınaqdan çıxarırlar. Təşkil etdikləri etiraz aksiyalarına həm də ələ alınmış rəsmi şəxsləri, o cümlədən, diplomatları qatırlar. Bu, faktiki olaraq, dövlət çevrilişi ssenarisidir.

Qərbpərəst qüvvələr Gürcüstanda çevriliş planını icra edirlər.

Məlumat üçün qeyd edək ki, bu ssenarinin Gürcüstandan öncə Azərbaycanda tətbiq edilməsinə də cəhd göstərilib. “Diplomat qiyamı”na əsaslanan proqramın ilk epizodları 2015-ci ildə təzahür edib. Hadisənin izlənilməsi nəticəsində müəyyən edilib ki, Qərb insitutları Azərbaycanda “radikal müxalifət”, “QHT” və “KİV”lərdən başqa, həm də “ələ alınmış diplomatlar” üzərində işləyiblər. Qərbin maraqlarına uyğun təxribatlar törətməyə hazırlaşan “kölgə qruplar” formalaşdırıblar. Bu barədə Azərbaycan KİV-ində çoxsaylı məqalələr dərc edilib.

İndi Gürcüstanda çox qabarıq şəkildə təzahür edən “diplomat qiyamı” ABŞ və Avropa İttifaqının hədəf ölkələr üzrə hazırladıqları yeni təxribat ssenarilərindən xəbər verir. Bu ssenarilərdə rol alan komponentlərdən biri də “ələ alınmış diplomatlar”dır. Həmin ssenari təkcə Gürcüstan üçün nəzərdə tutulmayıb. Əgər sabah Paşinyan Qərbə qarşı hansısa sürüşkən addımlar atacaqsa, o da belə hücumların hədəfinə çevriləcək, diplomatların təpkisini görəcək.

Azərbaycan isə həmişə olduğu kimi, bu dəfə də oyunları poza bilib. Özünün ayıq-sayıq davranması ilə bu planı da alt-üst edə bilib.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2024 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri