Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

GÜRCÜSTANDA DİRƏNİŞ GÜCLƏNİR Diplomatlardan sonra iri biznes də İvanişviliyə qarşı çıxır

GÜRCÜSTANDA DİRƏNİŞ GÜCLƏNİR Diplomatlardan sonra iri biznes də İvanişviliyə qarşı çıxır

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstandakı etirazlara artıq müxtəlif biznes strukturlarının da qoşulması prosesi davam edir. Məlum olduğu kimi, Tbilisidə ən tanınan restoranlar və digər əyləncə mərkəzləri aksiyalarla bağlı həmrəylik nümayiş etdirərək, fəaliyyətlərini dayandırıblar. İndi isə daha iri və tanınmış biznes strukturları da etirazlara dəstək bəyanatları yaymağa başlayıblar.

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın iki ən böyük bankı – Bank of Georgia və TBC Bank, eləcə də telekommunikasiya şirkətləri Magticom və Silknet, developer ORBI Group, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti Tegeta hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib.

TBC Bankın bəyanatında deyilir: “Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və olaraq qalır”.

Magticom şirkəti təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı qəddarlığını pisləyib. Tegeta isə qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir.

Onu da qeyd edək ki, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri səbəbindən kütləvi şəkildə istefaya gedirlər. Artıq ABŞ, Hollandiya, Bolqarıstan, İtaliya və Litvada diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub. “Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, – Hollandiyadakı səfir David Solomonia deyib.

Gürcüstan Müdafiə Nazirliyinin də onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər. Bununla bağlı bəyanatı nazirliyin 43 əməkdaşı imzalayıb.

Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı “Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur” və əsas qanunun maddələrinə ziddir. Ona görə də konstitusiya orqanları Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırması ilə bağlı qərarı ilə əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edib.

Aksiyalar isə davam edir. Son məlumatlara görə, dünən Tbilisinin mərkəzinə toplaşanların sayı bir gün əvvəlkindən daha çox olub. Yəni, etirazlar hakimiyyətin gözlədiyinin əleyhinə olaraq, səngimir, daha da şiddətlənir. Təhlükəsizlik qüvvələri isə etirazçıları dağıtmaqda ciddi çətinlik çəkirlər. Etirazlar artıq bölgələrə, digər iri şəhərlərə də yayılır.

Buna baxmayaraq, hökumət geri addım atmır, məlum bəyanatını geri götürmək istəmir, nəyisə gözləyir. Hadisələrin gedişi isə göstərir ki, İvanişvili hakimiyyətinin bu inadı onun özü üçün çox baha başa gələ bilər…

Azpolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri