Icma.az
close
up
RU
GÜRCÜSTANDA DİRƏNİŞ GÜCLƏNİR Diplomatlardan sonra iri biznes də İvanişviliyə qarşı çıxır AzPolitika onlayn siyasiictimai qəzet

GÜRCÜSTANDA DİRƏNİŞ GÜCLƏNİR Diplomatlardan sonra iri biznes də İvanişviliyə qarşı çıxır AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstandakı etirazlara artıq müxtəlif biznes strukturlarının da qoşulması prosesi davam edir. Məlum olduğu kimi, Tbilisidə ən tanınan restoranlar və digər əyləncə mərkəzləri aksiyalarla bağlı həmrəylik nümayiş etdirərək, fəaliyyətlərini dayandırıblar. İndi isə daha iri və tanınmış biznes strukturları da etirazlara dəstək bəyanatları yaymağa başlayıblar.

“AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, Gürcüstanın iki ən böyük bankı – Bank of Georgia və TBC Bank, eləcə də telekommunikasiya şirkətləri Magticom və Silknet, developer ORBI Group, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti Tegeta hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib.

TBC Bankın bəyanatında deyilir: “Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və olaraq qalır”.

Magticom şirkəti təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı qəddarlığını pisləyib. Tegeta isə qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir.

Onu da qeyd edək ki, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri səbəbindən kütləvi şəkildə istefaya gedirlər. Artıq ABŞ, Hollandiya, Bolqarıstan, İtaliya və Litvada diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub. “Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, – Hollandiyadakı səfir David Solomonia deyib.

Gürcüstan Müdafiə Nazirliyinin də onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər. Bununla bağlı bəyanatı nazirliyin 43 əməkdaşı imzalayıb.

Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı “Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur” və əsas qanunun maddələrinə ziddir. Ona görə də konstitusiya orqanları Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırması ilə bağlı qərarı ilə əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edib.

Aksiyalar isə davam edir. Son məlumatlara görə, dünən Tbilisinin mərkəzinə toplaşanların sayı bir gün əvvəlkindən daha çox olub. Yəni, etirazlar hakimiyyətin gözlədiyinin əleyhinə olaraq, səngimir, daha da şiddətlənir. Təhlükəsizlik qüvvələri isə etirazçıları dağıtmaqda ciddi çətinlik çəkirlər. Etirazlar artıq bölgələrə, digər iri şəhərlərə də yayılır.

Buna baxmayaraq, hökumət geri addım atmır, məlum bəyanatını geri götürmək istəmir, nəyisə gözləyir. Hadisələrin gedişi isə göstərir ki, İvanişvili hakimiyyətinin bu inadı onun özü üçün çox baha başa gələ bilər…

C.Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri