Icma.az
close
up
RU
Gürcüstanda divin nağılı: iki yoldan hansı seçiləcək? Şahin Cəfərli yazır

Gürcüstanda divin nağılı: iki yoldan hansı seçiləcək? Şahin Cəfərli yazır

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şahin CƏFƏRLİ

Siyasi şərhçi

***

Tbilisidə Baş nazir və hakim partiya liderlərinin tez-tez getdiyi məşhur restoran etiraz əlaməti kimi fəaliyyətini müvəqqəti dayandırıb.

“Biz ölkəmizdə baş verənlərə göz yumub, sizə xidmət göstərə bilmərik. Restoran bağlıdır. Gürcüstanın gələcəyi Avropadadır”, - deyə restoranın bəyanatında bildirilir.

Baş nazir Kobaxidze və nazirlər avrointeqrasiyanın dayandırıldığı barədə bəyanatdan dərhal sonra bu restorana gedib, yemək yemişdilər.

Bu fakt niyə diqqətəlayiqdir?

Çünki bugünkü Gürcüstanı anlamaq baxımından yaxşı markerdir. Əgər seçki sonrası etirazlar sırf müxalifətçilərin qatıldığı aksiyalar idisə, avrointeqrasiyadan imtina qərarından sonra bütün cəmiyyəti əhatə etməyə başlayıb. XİN, MN, Təhsil, Ədliyyə, Səhiyyə nazirlikləri və digər dövlət idarələrinin əməkdaşlarının hökumətin qərarına öz imzaları ilə etiraz ifadə etmələri “Gürcü Arzusu”nun ötən 12 illik dövrdə dövlətə tam hakim ola bilmədiyini göstərir. Başqa mühüm faktor paytaxt əhalisinin yarıdan çoxunun müxalif olmasıdır.

Əgər etiraz aksiyaları öz-özünə səngiməsə, “Gürcü Arzusu”nun 2 yolu qalır: ya etirazları kütləvi repressiyalarla boğmaq və bütün fəalları içəri doldurmaq; ya da güzəştə getmək.

Hökumətin hazırda 1-ci yolu seçdiyi görünür, amma bunu sona qədər uğurla davam etdirmək üçün gərək ölkədə sərt avtoritarizm bərqərar olsun, bu isə asan və qısamüddətli iş deyil. Amma müxaliflər hazırkı şansı əldən buraxsalar, növbəti seçkilərə qədər vətəndaş cəmiyyəti və müxalifət sıradan çıxarılacaq və ölkədə sərt rejim qurulacaq. Bunu mən demirəm, İvanişvili və onun aqressiv troykası – Kobaxidze, Kaladze və Qaribaşvili seçkidən əvvəl açıq söyləyirdilər, indi də bu niyyətlərini gizlətmirlər.

Məsələn, “Gürcü Arzusu”nun icra katibi 2 gün əvvəl bildirdi ki, hakimiyyəti heç vaxt indiki müxalifətə verməyəcəklər (yəni seçkidə qalib gəlsələr də), gələcəkdə “milli müxalifət” yarandıqdan sonra yalnız onlar hakimiyyətə gələ bilər. Əslində, sırf bu açıqlama inqilabi dəyişiklik üçün legitim əsas yaradır, amma arzu edək ki, hadisələr bu ssenari üzrə inkişaf etməsin və nə olacaqsa, dinc yolla olsun.

P.S.Yazı müəllifin Fesybuk hesabında götürülüb.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri