Gürcüstanda ekstremist hesab edilən siyasi partiyalar ləğv olunacaq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Gürcüstanda ekstremist hesab olunan siyasi partiyalar ləğv olunacaq. Artıq onların konstitusiyaya zidd elan edilməsi üçün iddia hazırlanır.
AZƏRTAC xəbəri verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, konstitusiya iddiası parlamentin müvəqqəti istintaq komissiyasının hesabatı əsasında tərtib olunacaq.
Papuaşvili deyib ki, bütün ölkələrdə ekstremizmlə mübarizədə tətbiq olunan qanunvericilik alətləri istifadə edilməlidir.
“Xatırladım ki, Almaniyada bu yaxınlarda ekstremist təşkilat ləğv olunub. Müxtəlif ölkələrdə bu cür partiyalar qadağan edilir. Bu yaxınlarda Moldovada bir partiya ləğv olunub. Demokratiya özünü antidemokratlardan və demokratiyanın düşmənlərindən qorumalıdır” – deyə Papuaşvili vurğulayıb.
Müvafiq iddianın ölkənin Konstitusiya Məhkəməsinə bu ay təqdim olunacağı bildirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















