Icma.az
close
up
RU
Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq

Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Oktyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayiş olunacaq.

525.az-a Teatrın mətbuat xidmətindən bildirilib ki, nümayiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında imzalanmış beynəlxalq əməkdaşlığa dair Memorandum əsasında reallaşacaq.

Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşada Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış edirlər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır. Məhəbbətinin qurbanı olan Şükriyyə xanım Stalin rejiminin repressiyası nəticəsində Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün cəzası çəkib. Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində Şükriyyə Axundzadə ilə bərabər digər ölkələrdən, o cümlədən Gürcüstandan sürgün olunan qadınların taleyinə işıq salınır, insanın mənəvi təmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qoruması tamaşaçılara təqdim olunur.

İki teatr arasında memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.

Sənədə əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili planlaşdırılıb.

Memorandumdan irəli gələn məsələlərin həlli istiqamətində ilk addım Gürcüstan Milli Teatrının Bədii rəhbəri, dünya şöhrətli rejissor Robert Sturuanın bu ilin martın ayında Akademik Milli Dram Teatrında keçirilmiş ustad dərsi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri