Gürcüstanda etirazçılar prezident sarayının ərazisinə giriblər, DİN xəbərdarlıq edib
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, Tbilisidə davam edən mitinq "Məclis və nümayiş haqqında" qanunla müəyyən edilmiş normaları aşıb.
Nazirliyin məlumatına görə, aksiyanın təşkilatçıları zorakılığa çağırışlar ediblər və prezident sarayının binasına daxil olmağa cəhd göstəriblər.
"Təşkilatçılar Atoneli küçəsində yerləşən prezident sarayının baryerlərini zədələyib və binaya soxulmağa cəhd ediblər", – deyə DİN-in bəyanatında bildirilib.
Nazirlik mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa və vəziyyəti süni şəkildə gərginləşdirməməyə çağırıb.
"Əks halda, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə edəcəklər", – bəyanatda qeyd olunub.
Nazirlik vurğulayıb ki, aksiyanın gedişində ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə bütün qanuni tədbirlər görüləcək.
/report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Oktyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















