Gürcüstanda növbəti mitinq: DİN etirazçılara xəbərdarlıq etdi
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanın daxili işlər nazirinin mavini Aleksandre Daraxvelidze brifinq keçirərək mitinq iştirakçılarına xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş çərçivələrdən kənara çıxmamağa çağırıb.
Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar olduğunu, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirildiyini bildirıə Darxvelidze mitinqin təşkilatçılarına və iştirakçılarına xatırladıb ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.
Qeyd edək ki, Gürcüstan parlamentinin binası qarşısında başlayan növbəti mitinq səbəbilə ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Mitinqə Gürcüstan Prezidenti Salome Zurabişvilinin qoşulacağı gözlənilir. Onun vətəndaşlara müraciət edəcəyi deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















