Gürcüstanda hökumətdə yeni vəzifə yaradıldı Bir nazirlik isə ləğv edilir
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan hökumətinin strukturunda regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılacaq.
"AzPolitika" xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Mamuka Mdinaradze təyin olunacaq, eyni zamanda, Baş nazirin müavini vəzifəsini də icra etməyə davam edəcək.
Baş nazir bildirib ki, hazırda dövlət qarşısında duran əsas prioritetlərdən biri regional siyasətin gücləndirilməsidir.
İ.Kobaxidze əlavə edib ki, M.Mdinaradze sentyabrın ilk həftəsinə qədər regional inkişaf naziri vəzifəsini icra edəcək. Hüquq-mühafizə işləri üzrə dövlət naziri vəzifəsi isə həmin dövrdə qanunla ləğv olunacaq. Eyni zamanda yeni vəzifənin yaradılması ilə Regional İnkişaf Nazirliyi sentyabr ayında ləğv olunacaq. Hazırda nazir vəzifəsini icra edən Kaxa Quledani isə İnfrastruktur Nazirliyində birinci müavin təyin ediləcək.
Baxış sayı:179
Bu xəbər 29 İyul 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















