Gürcüstanda yeni nazirlik yaradılacaq
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Gürcüstanda yeni, müstəqil Regional İnkişaf Nazirliyi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yeni qurumda nazir vazifəsini Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Qriqol Liluaşvili icra edəcək.
Hökumət başçısının sözlərinə görə, yeni nazirliyin ən mühüm missiyalarından biri regional inkişafla bağlı fəaliyyətlərin maksimum səmərəliliyini və qənaətliliyini təmin etmək olacaq.
“İqtisadiyyatın inkişafı ilə yanaşı, yerli özünüidarəetmə büdcələri əhəmiyyətli dərəcədə artıb, Tbilisi istisna olmaqla, onların ümumi məbləği 4 milyardı ötüb. Bu, bir tərəfdən, yerli özünüidarəetmə orqanlarının cəmiyyət üçün əhəmiyyətli layihələri həyata keçirmək imkanlarını artırır, digər tərəfdən isə müvafiq vəzifələrin icrası ilə bağlı yeni problemlər yaradır. Beləliklə, regional inkişafın səmərəli planlaşdırılması və monitorinqi ölkənin bərabər inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Nazirlik regional inkişafla bağlı tədbirlərin maksimum səmərəliliyini təmin edəcək”, - deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















